Sosial

Müharibə iştirakçısı hərbi xidmətə yararsız hesab olunub, amma qazilik verilmir

7 İyun, 2022
1701

Toplum TV

Toplum TV-nin qaynar xəttinə Şirvan şəhərində yaşayan 2-ci Qarabağ müharibəsi iştirakçısı, ehtiyyatda olan hərbçi Osmanov Şahin Azay oğlu tərəfindən şikayət daxil olub.

Ş. Osmanov ona qazilik statusunun verilməməsindən şikayətlənir. Şikayətçinin sözlərinə görə, eyni diaqnozla əsgər yoldaşlarından biri əlillik dərəcəsi ala bilib. Ancaq onun diaqnozunda əlillik əlamətinin müəyyən olunmadığı bildirilib.

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən keçirilmiş müayinə zamanı Şahin Osmanova yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, posttravmativ stress pozğunluğu, milli sinirin zədələnməsi, dirsək sinirinin zədələnməsi, sol yuxarı ətrafın monoparezi, sağ budun, baldırın, sol baldırın qəlpə yaraları, iki tərəfli koxlear nevrit, iki tərəfli neyrosensor ağıreşitmə diaqnozu qoyulub. Ş. Osmanova həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız olduğu bildirilib. Osmanov müharibə zamanı aldığı xəsarətlərə görə hərb işindən uzaqlaşdırıldığını deyir: “Mənə deyirlər ki, səndə əlillik əlamətləri yoxdur. Əgər yoxdursa, o zaman məni hərbdəki işimə qaytarın. Evə gəlir gətirən yeganə şəxs mən idim. Anam xəstədir,onun və özümün dərmanlarını almağa pul tapa bilmirəm. İntihar həddinə çatmışam. Dövlətin verdiyi 80 manatla yaşamaq mümkün deyil. Biz bu vətən üçün canımızı qoyduq, sağlamlığımızı itirdik. Mənə deyirlər, səndə əlillik əlaməti yoxdur. Necə yoxdur ki, mən bu gün dərmanlarla, sistemlərlə yaşayıram, çəliklə gəzirəm”.

Qeyd edək ki, Şahin Osmanov Prezident İlham Əliyev tərəfindən Xocavənd, Füzuli, Cəbrayıl, Şuşa uğrunda  gedən döyüşlərə görə və Cəsur döyüşçü medalları ilə təltif edilib. 

Məsələ ilə bağlı Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanov “Toplum TV”-yə bildirdi ki, şikayəçi ilə bağlı Əlillik Altsisteminə göndəriş daxil edilib:

Tural Qurbanov - Açıq mənbələrdən götürülüb

“Osmanov Şahin Azay oğlunun əlilliyinin qiymətləndirilməsi məqsədiylə qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən Əlillik Altsisteminə göndəriş daxil edilib. Göndəriş səbəbi hərbi xidmət zamanı yaralanma ilə əlaqədar olduğu üçün vətəndaş 01.03.2022-ci il tarixində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilmişdir və müayinə zamanı diaqnozun əlillik təyininə əsas vermədiyi müəyyən edilmişdir.

Buna baxmayaraq, vətəndaş 10.06.2022-ci il tarixində yenidən əyani müayinədə iştirak edəcək və qanunvericiliyə uyğun olaraq, yenidən qiymətləndirmə aparılacaq”.

Müharibə iştirakçısı Şahin Osmanovun  dərmanlarının almasında maddi sıxıntı çəkməsi məsələsinə gəlincə isə YAŞAT Fondunun rəsmisi Elnur Niftəliyev Toplum TV-yə Şahin Osmanovun fondun subyekti hesab edilmədiyini dedi.

Elnur Niftəliyev - Açıq mənbələrdən götürülüb

“Fond yarandığı vaxtda müharibə yeni bitdiyindən və əlillik dərəcələri hələ təyin olunmadığından Fond tərəfindən yaralanmış bütün şəxslərə təqdim etdikləri ilkin yaralanma sənədi ilə dəstək tədbirləri göstərilib.  Sözügedən sənəd əsasında Şahin Osmanov Azay oğlunun məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə müraciətinə əsasən, 2021-ci ilin 17 dekabr tarixində 2 500 AZN vəsait  ayrılıb.   Fondun subyektləri konkret müəyyən edildiyindən və əlillik dərəcələri təyin edildiyindən, o, bundan sonrakı müraciətlərini qeyd olunan əsaslarla əlilliyinin təyin olunması barədə sənədi təqdim etməklə edə və Fondun dəstək istiqamətlərindən yararlana bilər. Bunun üçün “yashat.gov.az” rəsmi internet səhifəsindən müraciət edə və ya Fondun 8110 Çağrı Mərkəzilə əlaqə saxlaya bilər”, - açıqlamada qeyd olunub.    

“Toplum TV” məsələni diqqətdə saxlayacaq.

Günel Manaflı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Deputat: Selektiv abortlar baş alıb gedir  

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

"Selektiv abortlar baş alıb gedir. Bu, qanunla bu qadağandır. Buna riayət etmək lazımdır" Toplum TV "Trend"-ə istinadən məlumat verir ki, bunu noyabrın 29-da Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə müzakirə zamanı deyib. "Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, hamilə vaxtı ən xırda patologiyanı belə aşkara çıxarır. Selektiv abortların qarşısının alınması üçün maarifləndirmə işləri gücləndirilməlidir”, - deyə o əlavə edib. https://toplum.tv/sosial/pazerbaycan-selektiv-aborta-goumlre-duumlnya-birincisi-olaraq-qalirp Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirilir. İclasda səhiyyə nazirinin müavini İlqar Qasımov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli, deputatlar və digər qonaqlar...
Sosial

Dünya Bankı: Azərbaycan su qıtlığı ilə üzləşəcək

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan qlobal miqyasda baş verən dekarbonizasiyanın təsirinə birbaşa məruz qalan ölkədir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister jurnalistlərə açıqlamasında deyib. https://toplum.tv/sosial/azerbaycanda-su-qitligi-ile-uzlesecek-olkeler-sirasindadir Onun sözlərinə görə, Azərbaycan növbəti illərdə həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək:  “Bu xüsusən kənd təsərrüfatında öz təsirini göstərəcək. Qeyd edim ki, iqlim və inkişaf perspektivləri ilə bağlı hazırlanan hesabat həm ölkələrin inkişaf perspektivlərini təhlil edir, həm də iqlim dəyişikliyi nöqteyi-nəzərindən araşdırmalara imkan verir”. Bundan əvvəl məlum olmuşdu ki, 2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında...

Seçilmiş Videolar

Toplum TV loqo