Sosial

Müharibə iştirakçısı: “İki dəfə yaralanmışam, ancaq qazilik statusu ala bilmirəm”

Günel Manaflı
21 İyun, 2022
1156

Toplum TV

“44 günlük vətən müharibəsində iki dəfə yaralanmışam, başımdan, qabırğa və körpücük sümüyümdən xəsarətlər almışam. Üç medalım var, ancaq qazilik ala bilmirəm. Sinir sistemim qaydasında deyil, çox əsəbiyəm. Həyat yoldaşım “Sən dəlisən” deyib məni tərk etdi, ayrıldıq. Dörd aydır ki, dörd övladımın alimentini də ödəyə bilmirəm”.

Sabirabad rayonu Şıxsalahlı kənd sakini Teymur Tağıyev Toplum TV-nin qaynar xəttinə məktubunda belə yazır. Şikayətçinin sözlərinə görə, səhhətinin pis olmasına baxmayaraq, ona qazilik statusu verilmir.

“2017-ci ildən çavuş kimi ön cəbhədə xidmət göstərmişəm. Sonuncu  dəfə 44 günlük Vətən müharibəsində iştirak edib müharibənin dördüncü günü başımdan yaralanıb kəllə beyin travması aldım. Həmin gün Füzuli rayonunun Əhmədbəyli kəndində hərbi hospitala yerləşdirildim. 10 gün sonra tam sağalmamış müharibə bölgəsinə qayıtdım. Növbəti dəfə Şuşada yaralandım.  Qabırğam və körpücük sümüyüm onda qırıldı. Müharibədən sonra Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərə görə medallarla təltif edilmişəm”. 

https://toplum.tv/sosial/dolanmaq-ucun-boyreyini-satdigini-deyen-veteran-xanim-evsiz-qalib

Teymur Tağıyevin söylədiyinə görə, kəllə beyin travması alıb, sol qulağı yaxşı eşitmir, sol gözü yaxşı görmür, qabırğası qırıqdır. 

“Bütün bunlar hospitalda yatdığım müddətdə sənədlərdə qeyd edilib.  Maştağa xəstəxanasında (1 saylı Respublika Psixiatriya Xəstəxanası – red.), Salyanın Şorsulu kəndində xəstəxanada müalicə almışam. Qəbul etdiyim  dərmanların mənə heç bir xeyri yoxdur, yata bilmirəm, çox əsəbiyəm”.

Sənədlərini Bakıya Respublika Əlillərin Bərpa Mərkəzinə göndərdiyini deyən Teymur Tağıyev 3 ay sonra imtina cavabı aldığını bildirir.

“Mənə dedilər ki, Əlillərin Bərpa Mərkəzindən 15 günə cavab gələcək, 15 gün oldu 3 ay. Axırda  özüm internetdə yoxladım, gördüm mənə imtina cavabı gəlib. İmtina gəlməsi haqda belə mənə məlumat verilməyib, hansı səbəbdən imtina ediblər onu da demirlər. Sənədlərim və sağlamlığım göz önündədir. Əgər mənə əlillik düşmürsə, sağlamamsa, o zaman hərbidəki işimə geri qaytarsınlar. Mənə heç yerdə iş vermirlər”.

Teymur Tağıyev iş üçün Sabirabad rayon İcra Hakimiyyətinə müraciət etsə də, kobud münasibətlə qarşılaşdığını deyir.

“Dərdimi demək üçün Sabirabad rayon İcra Hakimiyyətinə beş dəfə getdikdən sonra başçının birinci müavini Həsən Həsənovun qəbuluna düşə bildim. Ona müharibə iştirakçısı olduğumu bildirib vəziyyətimlə bağlı məlumat verdim. Məni işlə təmin etmələrini istədim.  Mənə çox kobud formada “Nə olsun ki, gedib döyüşmüsən, borcundur, etməlisən, bir hektar pay torpağın var, ək, becər, yaşa” dedi. Mənə verilən pay torpağı elə bir yerdədir ki, orada su yoxdur. Mən onu necə əkim becərim?! Heç mənim səhhətim də buna yol vermir”.

Keçmiş hərbçi daha sonra Sabirabad rayon Məşğulluq Mərkəzinə üz tutduğunu, ordan da eyni cavabı aldığını iddia edir.

“Oradan da bildirdilər ki, iş yoxdur, get torpağını ək-becər. Vəziyyətim çox pisdir, çörək almağa cibimdə 1 manatım belə yoxdu. Yaşlı atam və anamla yaşayıram. Mənə əlillik dərəcəsi versəydilər, ən azından onunla dərmanlarımı alar, uşaqlarımın alimentini ödəyərdim. Həm də bu mənim haqqımdır. Mən bu vətən uğrunda sağlamlığımdan olmuşam. Əlilliyə yaramayanlar pul verərək əlillik əldə ediblər, mən xəstə ola-ola əlillik ala bilmirəm. Pulum yoxdur verəm”.

İcra Hakimiyyəti: “Teymur Tağıyevə 150 manat maddi yardım olunub”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum TV-yə bildirir ki, Teymur Tağıyev artıq bu ilin mayında əlilliyinin qiymətləndirilməsi məqsədilə əyani müayinə olunub və “diaqnozun əlillik səviyyəsində olmadığı müəyyən edilib”.

Agentlikdən o da deyilir ki, vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsi Əlillik Altsisteminə yeni göndərişi daxil edərsə, yenidən qiymətləndirmə aparıla bilər.

https://toplum.tv/sosial/goygol-sakini-icra-numayendesinin-girmeye-qorxdugu-evde-biz-illerdir-yasayiriq

Sabirabad rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurağa Rüstəmov isə Teymur Tağıyevə lazımi yardım göstərildiyini bildirib.

“Ötən ilin iyun ayında Teymur Tağıyevə 150 manat maddi yardım olunub. Onun əlillik alması ilə bağlı İcra Hakimiyyətinə müraciəti olmuşdu. Ona izah olundu ki, aidiyyəti üzrə quruma müraciət etsin. İşlə bağlı isə rəsmi müraciət etməyib. Rəsmi müraciət etsin, bizdə aidiyyəti üzrə Məşğulluq İdarəsinə yönləndirək”.

Son iki ildə aramsız yazışmalardan, müraciətlərdən yorulan Teymur Tağıyev Vətən müharibəsi iştirakçılarına qarşı  münasibətdən təngə gəldiyini deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo