Sosial

Müharibədə ziyan görmüş rayon və şəhərlərdə bərpa işlərinə başlanıldı

27 Yanvar, 2021
59

Press Klub

"Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində bir çox vətəndaşlara, dövlət əmlakına, infrastruktur və sahibkarlıq obyektlərinə xeyli sayda ziyan dəyib. Bu ziyanın aradan qaldırılması və qiymətləndirilməsi üçün Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixində imzaladığı sərəncamla Dövlət Komissiyası yaradılıb”.

Bunu yanvarın 27-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

O bildirib ki, Dövlət Komissiyası nəzdində 11 rayon üzrə 13 İşçi Qrup formalaşdırılıb:

“Hər bir İşçi Qrupun tərkibində həmkar qurumların nümayəndələri ilə birlikdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də nümayəndələri təmsil olunub. Qısa müddət ərzində dövlət komissiyası tərəfindən 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxışlar keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb”.

M. Hümmətov yanvarın 27-dən başlayaraq müharibə dövründə mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılmasına start verildiyini bildirib (APA).

Sosial

Tənha şair - inkarçı Xudayi...

Şəmşad Ağa
5 Mart 2021

Toplum TV

İbrahim Xudayi - bu imza çoxlarına sosial şəbəkələrdən tanışdır. Satirik şeirləri ilə gündəmə gələn şair Salyanda 104 saylı yataqxanada tək-tənha yaşayır.  Bu, təkcə şair yalnızlığı deyil, həm də taleyin ona biçdiyi ömür yoludur. Bəlkə, buna görə həm dünyada, həm də təkotaqlı yataqxana hücrəsində özünü qonaq sayır. Bəlkə, buna görə "İlahi, qapına qonaq gəlmişəm" şeirində belə yazır: - Bir əsrin yükünü bir gündə çəkdim,  Həyata hər kəsdən qabaq gəlmişəm... Onun şeirlərində "Bəlkə, heç Allah da yoxdur" ifadəsi də bu tənhalıqdan doğan yaradıcı bir üsyandır… HAŞİYƏ: Xudiyev İbrahim Xudaverdi oğlu 1990-cı il dekabrın 22-də Salyan şəhərində doğulub.  İbrahimdən  4 il sonra qardaşı...
Sosial

İcra hakimiyyətləri sükut edirlər: 28 sorğuya 4 cavab

Roza Məmmədova
5 Mart 2021

Açıq mənbələrdən

2020-ci il ərzində Azərbaycanda 129 min yeni iş yerləri açılıb, onların 54,9 faizi qeyri-dövlət sektorunun payına düşüb - Dövlət Statistika Komitəsinin (DSK) hesabatında belə deyilir. Hesabata görə, yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 30 faizi digər regionların, o cümlədən 6,6faizi Lənkəran, 6 faizi Gəncə-Qazax, 2,4 faizi Abşeron, 2 faizi Dağlıq Şirvan, 1,5 faizi Şəki-Zaqatala, 1,5 faizi Yuxarı Qarabağ, 1,4 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Hesabatda qeyd olunur ki, yeni açılmış iş yerlərinin 6,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 74,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa...
Seçilmiş Videolar