Sosial

Müsadirə olunmuş narkotik vasitələr tibbi məqsədlərlə istifadə olunacaq

26 Aprel, 2022
980

açıq mənbədən götürülüb

Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi proseduru müəyyənləşir.

APA yazır ki, bu, Milli Məclisin bu gün, aprelin 26-da keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə yeni - 131–1-ci maddə əlavə olunur.

Beləliklə, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddindən artıq olduqda, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin maddələrdən bu Məcəllə ilə müəyyən edilmiş qaydada ekspert tərəfindən nümunənin götürülməsini, qalan hissəsinin isə məhv edilməsini və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidirlər. Ekspertizanın keçirilməsi üçün təqdim edilmiş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin müvafiq ekspertizası keçirildikdən sonra ekspert həmin maddədən qanunla müəyyən edilmiş xüsusilə külli miqdarının aşağı həddi miqdarında nümunə götürür, bu nümunəni və maddənin qalan hissəsini ayrılıqda qablaşdırır. Ekspert tədqiqatı nəticəsində ekspert həmçinin təqdim edilmiş maddələrin tibbi məqsədlərlə istifadə olunub-oluna bilməməsinə dair rəy verməlidir. Nümunə və həmin maddələrin qalan hissəsi ekspert rəyi ilə birlikdə ekspertiza təyin etmiş şəxsə təqdim edilir. Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələsinə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxılır. Müvafiq vəsatət və təqdimat ekspert rəyi cinayət təqibini həyata keçirən orqana daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq məhkəməyə təqdim edilməlidir. Həmin vəsatətin təmin edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində həmin maddələrin qalan hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məhv edilir və ya tibbi məqsədlərlə istifadəsi üçün təhvil verilir. Nümunələrin götürülməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qalan hissəsinin məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məqsədilə müvafiq dövlət qurumuna verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə edilir.

Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələləri üzrə qapalı məhkəmə iclasında hakim, məhkəmə iclasının katibi, vəsatət vermiş şəxs, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya müvafiq prokuror, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə hakimin zəruri hesab etdiyi digər şəxslər iştirak edirlər.

Hakim maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələlərinə dair vəsatətin təmin edilməsi barədə qərar qəbul etdikdə, qərarda həmin maddələrin məhv edilməli və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməli olduğunu qeyd etməlidir.

Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım göndərir

22 Sentyabr 2023

FHN

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni sakinlərə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir. Toplum TV xəbər verir ki, humanitar kampaniya Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunub. https://toplum.tv/siyaset/pbmt-nin-qarabagla-bagli-iclasinda-qetname-qebul-olunmayibp Yardım çərçivəsində içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb. Bildirilib ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Məlumata görə, bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin bölgəyə çatdırılması nəzərdə tutulub. 
Sosial

Nazir: Pandemiya uşaqların təhsilinə ciddi zərər vurub

11 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Pandemiyanın təhsilə vurduğu zərərləri görməyə başlayırıq". Toplum Tv APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də Bakı təhsil işçilərinin sentyabr konfransında deyib. “Bunun təsirlərini məktəblərimiz və cəmiyyət daha dərindən müzakirə etməlidir. Bunu danışmaq və qabartmaqdan qorxmaq lazım deyil”,- nazir açıqlamasında qeyd edib.  https://toplum.tv/sosial/pazerbaycan-mekteblerinde-telefon-qadagan-edile-bilerp Emin Əmrullayev çıxışında hazırkı təhsilin keyfiyyətindən də danışıb.  "Bu gün tədris etdiyimiz məzmunun çox köhnəldiyini etiraf etməliyik", - o qeyd edib.  O bildirib ki, 40 il əvvəlki fizikanı eyni şəkildə keçməməliyik: "Bu yaxınlarda Azərbaycan dili və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir. Dillə bağlı səriştələri öyrətməliyik....

Seçilmiş Videolar

Toplum TV loqo