Sosial

Müştəri restoranda servis haqqı ödəməlidirmi?

17 May, 2022
3519

Getty Images

Restorana gedəndə xərcinizi menyudakı qiymətlərə görə hesablayırsınızsa, sürprizə hazır olun.

Bəzi kafe və restoranlarda yeyib içdiyinizdən əlavə servis haqqı da tutulur.

Nədir servis haqqı? Bura restoranda dinlədiyiniz musiqi, servis xidməti, istifadə olunan qab-qacaq və s. aiddir.

Bakıda “Özsüt” restoranında ofisiant işləyən Pünhan Cəfərov (ad şərtidir) deyir ki, müştərilər əvvəlcədən servis haqqı tutulduğunu bilmir: “Onlar bunu ya menyu jurnalından, ya da hesab qəbzindən öyrənə bilirlər. Müştərilər çox zaman servis haqqını ən sonda, hesabı istəyəndə görür, təbii, narazılıq edənlər də olur”.

Pünhanın sözlərinə görə, bu restoranda əlavə xidmət haqqı ümumi hesabın 6%-i qədərdir: “Servis haqqı ofsiantlar müştəriyə qulluq edir, restoranın boşqabları istifadə olunur deyə alınır. Məsələn, boşqab qırılanda onun pulu bizdən alınmır, yəni bunu dolayısı ilə müştəri ödəyir. Tutulan məbləğin 1-2 %-i “çayevoy” kimi ofsiantlar arasında bölünür. Qalanı isə mətbəxdə işləyənlər və digər personal arasında paylaşılır”.

Tez-tez restoranların xidmətindən istifadə edən Fidan Məmişova bəzi yerlərdə servis haqqının 20%-ə qədər çatdığını söyləyir. Onun sözlərinə görə, servis haqqının tutulması halı ilə son illərdə rastlaşmağa başlayıb.

“Bakıda fəaliyyət göstərən “Mark Chill Out” restoranında isə ümumiyyətlə, servis haqqında məlumat verilmir, menyularında da bu barədə yazılmayıb. Bir də masadan qalxanda bilirsən ki, 5% tuturlar. Bu o deməkdir ki, servis haqqı 5% olan məkanda 100 manatlıq yemək sifariş etsək, əlavə 5 manat ödəməli olacağıq. Məbləğ artdıqca servis pulu da yüksəlir. Bu isə ofisianta verilən ənənəvi “çayevoydan” xeyli yuxarıdır”.

Restoran: “500 AZN hesab verə bilən insan yəqin ki, 10-15 manat servis haqqına danışmaz”

“Mark Chill Out”-un inzibatçısı Elnur İsmayılov 25 ildir restoran sektorunda çalışdığını və bütün obyektlərdə ən az 5% xidmət pulunun tutulduğunu söyləyir. O, menyuda bu barədə xəbərdarlıq olmasa da, ofisantın müştərilərə məlumat verdiyini bildirir.

“5%-in hamısı ofisianta çatır. Əgər bu gün hər bir ofisiant dövlətə vergi verirsə, servis haqqı almaq onun haqqıdır. Obyekt yiyəsi tutaq ki, servis haqqı tutmur, ofisianta 10-15 manat maaş verir. İndi fikirləş, 15 manata nə almaq mümkündür? Biri var müştəri gəlib oturur, təkcə yemək sifariş edir. Belə deyil axı, müştəri qulluq tələb edir, ofisiant hər dəqiqə gəlir ona qulluq edir. 500 AZN hesab verə bilən insan yəqin ki, 10-15 manat servis haqqına danışmaz”, - inzibatçı belə deyir.

Bəs müştəridən əlavə ödəniş tutulması nə dərəcədə qanunidir? Qonağın bundan imtina etmək lüksü varmı?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşovun sözlərinə görə, qanunvericilik ictimai iaşə müəssisələrində istehlakçının sifariş etdiyi məhsulun dəyərindən başqa xidmət haqqının da ödənilməsini qadağan etmir.

Roman Qaraşov - açıq mənbədən götürülüb

“Bazar iqtisadiyyatının inkişaf etdiyi əksər ölkələrdə bu sistem var. Azərbaycanda da bu, qanunvericiliklə qadağan edilməyib və biz də bunun tərəfdarı deyilik. Ancaq istərdik ki, sifarişdən əvvəl istehlakçıya xidmət haqqının olması barədə məlumat verilsin. Ümumiyyətlə, ictimai iaşə müəssisələrində menyu olmalıdır. Orada təqdim edilən bütün malların tərkibi, çəkisi və qiyməti yazılmaldır. Menyuda istehlakçının əlavə olaraq xidmət haqqı ödəyəcəyi də xüsusi qeyd edilməlidir”, - Roman Qaraşov belə deyir.

Elektron ticarət məsələləri eksperti Nicat Manafov isə hesab edir ki, əlavə xidmət haqqının tələb edilməsi istehlakçı hüquqlarının pozulmasıdır.

“Məsələn, restoranda 4 manatlıq dönər yeyiriksə, biz sadəcə yediyimizin pulunu verib çıxmalıyıq. Aldığımızın üstünə gələcək əlavə məbləğ qeyri-qanunidir. Çünki biz sadəcə dönər sifariş vermişik. Əgər belə halla qarşılaşsanız, rahatlıqla adminstratoru çağırıb əlavə ödənişdən imtina edə bilərsiniz. Son dövrlər restoran sahibləri müştərini polis çağıracağı ilə hədələyir. Amma narahat olmayın, polis gəlsə belə, qanun müştərinin tərəfindədir. Çünki menyuda dönərin qiyməti 4 manat yazılıbsa, sizdən artıq ödəniş tələb etməyə kiminsə haqqı yoxdur”.

Nicat Manafov - ARB

Ekspert müştəriyə təqdim olunan bütün məhsulların qiymətinin artıqlaması ilə hesablandığını bildirir.

Nicat Manafov sual edir: “Müştəri yediyi məhsulun ödənişini etməlidir, niyə restoranın qab-qacağına, işçisinə də əlavə pul xərcləsin ki?..”

Bəs əlavə ödənişlər vergi tutulurmu?

Vergilər Nazirliyinin əməkdaşı Vüsal Məmmədov “Toplum TV”-yə sahibkarın ümumi olaraq əldə etdiyi gəlirə görə vergiyə cəlb olunduğunu bildirir: “Biz bilmirik, əlavə ödəniş yalnız ofsianta yoxsa, sahibkarın özünə ödənilir. Vergi orqanı ayırd etmir ki, ümumi məbləğə servis haqqı daxildir, ya yox. Nazirlik sadəcə əldə olunan gəliri müəyyənləşdirir”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi “Reporta” açıqlamasında qanunvericilikdə bu məsələlərlə bağlı böyük boşluqlar olmasına toxunur: “Ümumiyyətlə restoran işini tənzimləyən qanunlarımız, hüquqi-normativ sənədlərimiz çox azdır. Olanların da içində belə məsələlər barədə dəqiq məlumat tapmaq olmur”.

Onun dediyinə görə, başqa ölkələrdə adətən bu məsələ qanunla tənzimlənir və “servis haqqı” personala çatır.

“Bizdə isə bu barədə qəti bir söz demək olmur. Çünki bizdə bu proseslərə nəzarət edən, ümumiyyətlə, restoran biznesini tənzimləyən qurum yoxdur. Bu sahəyə yaxın fəaliyyəti olan qurumlardan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinə nəzarət edir, Dövlət Turizm Agentliyi isə restoranların fəaliyyətinə müdaxilə etməyin onların səlahiyyətində olmadığını bildirir. Belə çıxır ki, dövlət restoran biznesini turizmlə əlaqəli fəaliyyət növü hesab etmir. Mən isə fərqli düşünürəm. Hotellər kimi restoranlar da daxili və xarici turistə xidmət göstərir və onların fəaliyyəti qonaqpərvərlik sənayesinin bir hissəsidir”.

"Xoşbəxtlik bəxşişi”

Son bir neçə ildə bütün dünyada oxşar tendensiya mövcuddur. Məsələn, ABŞ-da onlarla restoran yeni hesablama metodunu tətbiq etməkdədir. Bəzi restoranlar bunu “əlavə ödəniş”, “xidmət haqqı” adlandırarkən, bəziləri də "Xoşbəxt insanlar yaratmaq haqqı" kimi təqdim edir.

Məsələn, Azərbaycanda olduğu kimi ABŞ-da da hər restoran nə qədər faiz tutulacağına fərqli yanaşma nümayiş etdirir. Amma sistem az-çox eyni şəkildə, restoranlar üçün əlavə gəlir mənbəyi kimi işləyir.

ABŞ-ın Denver şəhərində (denverite.com) Çin yeməkləri satan Zoe Ma isə illərdir müştəridən 15% əlavə ödəniş tutduğunu deyir və səbəbini işçilər arasındakı gəlir bərabərsizliyi ilə izah edir: “Məsələn, qabyuyan kimi arxada çalışan personalın ofisiant qədər “çayevoya” çatımlılığı yoxdur. Ofisiant 2 dəfə artıq qazandığı halda qabyuyan bundan məhrumdur”.

Zeonun fikrincə, bəxşiş verənlər xüsusilə qadınlara və LGTBQ+ üçün zərərli ola bilərlər.

Bundan başqa, o deyir ki, “çayevoy”a güvənən işçilər onu ala bilməmək qorxusundan müştərilərin istismarına dözə bilərlər.

Amma gətirilən arqumentlərə baxmayaraq, bir sual mübahisə üçün açıq qalır: Müştəri restoranda bərabərliyi təmin etməyə borcludurmu?
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo