Sosial

Mütəxəssislərdən həyəcan təbili: “Dövlət qadınlardan kütləvi test götürməlidir”

Aytac Məmmədli
11 Mart, 2022
3295

Açıq mənbələrdən götürülüb

Ginekoloji xərçənglər bədxassəli şişlərin təxminən 15 faizini əhatə edir ki, bunun da 7 faizi uşaqlıq boynu xərçənginin payına düşür.

Ümumdünya Səhiyyə Təşkilatı deyir ki, hər il təxminən 600 min qadına uşaqlıq boynu xərçəngi diaqnozu qoyulur və hər il 250 min qadın bu xəstəlikdən ölür.

Bu xəstələrin, demək olar, 99 faizində İnsan Papilloma Virusu (İPV) etioloji səbəbdir.

Papilloma virusu əksərən özbaşına keçir və sağlamlıq problemi yaratmır. Ancaq bəzi hallarda genital şişuclu kondilomaların, ziyillərin və xərçəngin əmələ gəlməsinə səbəb ola bilir.

Papillomadan əziyyət çəkən Turanə: “Müalicəsi ağır oldu, amma səssizcə ağladım və dözdüm”

Turanə Abbasova (ad-soyad şərtidir) 3 il əvvəl İnsan Papilloma Virusuna (İPV) yoluxub.

O, genital bölgəsində ziyillərin yarandığını görəndən sonra xəstəlikdən şübhələnməyə başlayıb: “6 il idi ki, evliydim. Genital bölgəmdə birdən-birə ziyillər yaranmağa başladı, yavaş-yavaş çoxalırdı. Həkimə yoxlatdırdım, dedi ki, papilloma virusudur. Necə yoluxduğumu bilmirdim. Həkim dedi ki, yoldaşınızdan keçib. Amma yoldaşım qəbul etmirdi. Deyirdi ki, onda belə  şey yoxdur”.

Qadın bir neçə həkim yanında olsa da, düzgün müalicə olunmadığını söyləyir: “Həkim ziyilləri yandırmaq üçün Moskvadan 50 manatlıq dərman aldırırdı, toka gedirdim. Bir  həftə effekt göstərirdi, sonra yenə dəhşətli şəkildə artırdı. Nəhayət həkimimi dəyişdim. Sən demə, əsas mənbə içəridəymiş, oradan təmizlənməsə, çöldəki ziyilləri müalicə etməyin heç bir mənası yoxmuş. Müalicəsi ağır oldu, amma səssizcə ağladım və dözdüm”.

T. Abbasova və yoldaşı birgə müalicə aldıqdan sonra vəziyyətləri müəyyən qədər yaxşılaşıb.

Qadının dediyinə görə, immuniteti zəifləyən kimi ziyillər yenə özünü büruzə verir: “Yoldaşım bir az çətin adamdır, həkimə getmirdi, deyirdi ki, məndə heç nə yoxdur. Birtəhər yola gətirib, müalicə aldıq. Amma müalicədən sonra ziyillər yenə yaranırdı, həkim dedi ki, narahat olma, tam təmizlənməsinə 1-2 il vaxt lazımdır. 3-4 kurs müalicədən sonra artıq ziyillər sabit qaldı, artmadı”.

T. Abbasovanın dediyinə görə, müalicə onlara heç də ucuz başa gəlməyib. Hər kurs müalicə üçün 500-800 manat arası pulu çıxıb.

İnsan Papilloma Virusu barədə

İnsan Papilloma Virusu cinsi yolla keçən xəstəliklərdən biridir.

Araşdırmalara görə,  seksual baxımdan aktiv olan insanların 80%-i həyatlarının hansısa məqamında ona yoluxurlar.

İPV-yə yoluxma halları aşağıda sadalanan vəziyyətlərdə aşkar olunur:

• Cinsiyyət üzvləri nahiyəsində ziyillər əmələ gəldikdə;

• Qadınlarda uşaqlıq boynunun müayinəsi zamanı (Pap testin nəticələrində qeyri-adi hüceyrələrin tapılması);

• Xərçəng kimi başqa ciddi sağlamlıq problemləri yarandıqda.

İPV 6 tip xərçəngin yaranmasına səbəb ola bilər:

-99% hallarda uşaqlıq boynu kanalı və ya rəhm ağzı xərçəngi

- 84% hallarda anal xərçəngi

-74% hallarda penis xərçəngi

-Vulva xərçəngi

-Uşaqlıq yolu xərçəngi

-Ağız və boğaz xərçəngi

İPV-yə yoluxma vaginal və anal seks zamanı mümkündür. Nadir hallarda virusun oral seks və ya infeksiyalaşmış dəri hissələrinin bir-biri ilə təması – “sürtünmə” yolu ilə ötürülməsi də mümkündür. O, heç vaxt məişət yolu ilə yoluxa bilməz.

Hazırda İPV-nin 100 növü məlumdur. Virusun 1-ci növü ayaq altında, 2-ci və 4-cü növü adi ziyillərin əmələ gəlməsinə səbəb olur.

İPV-nin 16-cı, 18-ci, 31-ci, 33-cü və 35-ci növləri isə qadınlarda uşaqlıq boynunun displaziyasına səbəb olur, uşaqlıq boynu xərçənginin təhlükəsini artırır.

“Papillomadan əziyyət çəkənlər azdır, amma...”

“Toplum TV”-yə danışan ginekoloq Rəşad Sultan papilloma virusunun növlərini iki qrupa bölür: “Bir qrup uşaqlıq yolunun girəcəyinin dərisində ziyil yaradır, təhlükəli deyil və sadəcə kosmetik problemlər yaradır. İkinci qrup isə uşaqlıq boynu xərçəngi yaradan növləridir. Bunu da aşkar etməyin iki növü var, birincisi virusun,  ikincisi xərçəngin aşkar edilməsidir. Bunların hər ikisi uşaqlıq boynundan yaxma götürməklə edilir, asan metoddur və bahalı deyil”.

Ginekloq deyir ki, Azərbaycanda papilloma virusundan əziyyət çəkənlərin sayı azdır, lakin bu, xəstəliyin gizli inkişafı və qadınların yaxma test verməməsilə əlaqədardır: “Bu virusu aşkarlamaq üçün yaxma testi vermək lazımdır. Bu da adda-budda özəl klinikada xəstələrin müraciəti ilə olacaq iş deyil. Gərək dövlət kütləvi şəkildə təşkil etsin. Bu skrininq testi adlanır və insanları təşviq etmək lazımdır. Hər qadın dalbadal 3 il ildə bir dəfə yaxma testləri verməlidir”.

Açıq mənbələrdən götürülüb

R. Sultan qeyd edir ki, əvvəlki illərlə müqayisədə qadınlar indi İPV haqqlında daha çox məlumatlıdırlar, hətta virusdan lazımından artıq qorxurlar: “Amma narahat olduqları qədər də laqeyddirlər, analiz verməyə çəkinirlər. Ona görə də həkim olaraq taktikamızı dəyişməliyik. Virusdan çox onun törətdiyi xəstəlikdən və qorunma yollarından danışmalıyıq”.

Azərbaycanda İPV peyvəndi varmı?

Mütəxəssislərin sözlərinə görə, cinsi həyata başlamamış və sözügedən virusu daşımamış bir qadına vurulan İPV peyvəndi xərçəngə səbəb olan viruslara qarşı 100 faiz effektivdir.

Bu peyvənd adətən 3 dozada tətbiq olunur. HPV peyvəndi həm qızlara, həm də oğlanlara 11-12 yaşdan başlayaraq tətbiq edilə bilər.

Avstraliya, Kanada, Norveç, Portuqaliya, Finlandiya, Danimarka kimi ölkələrdə məktəblər peyvəndi pulsuz həyata keçirir. 

Peyvənd Azərbaycanda da vurulur, amma qiyməti...

2019-cu ildən Milli Onkologiya Mərkəzində də İPV-yə qarşı vaksin tətbiq olunmağa başlanıb.

Xəstəxananın mama-ginekoloqu Nərgiz Zeynal “Sputnik Azərbaycan”-a açıqlamasında deyib ki, "Gardasil 9" adlanan bu vaksin anal, kondiloma (papilloma), vulvada, vaginada və uşaqlıq boynunda yaranan xərcəngönü xəstəliklərdən qoruyur. Ginekoloq bildirib ki, Türkiyədən pulla alındığından "pap smear" skrininqi və vaksin ödənişlidir.

Amma R. Sultan vaksinasiya prosesinin istənilən səviyyədə olmadığını söyləyir: “Vaksinasiya üst tədbir sayılır. Azərbaycanda heç bu xəstəliyin skrininqi ilə məşğul olunurmu ki, vaksin barədə də danışaq? Birinci mərhələdəki tədbir virusun araşdırılması olmalıdır. Bu araşdırma istənilən səviyyədə olmadığı üçün vaksinasiya da zəifdir. Ümumiyətlə, vaksin barədə məlumatı olan belə çox azdır”.

Rəşad Sultan İPV-dən qorunma üsullarından da danışır.

O, əsas qorunma metodu kimi prezervativi, aktiv qorunma üsulu kimi də vaksini məsləhət görür.

“Yaxma testini də qorunma vasitəsi olaraq görə bilərik. Virus orqanizmə daxil olsa da, 10 mində 1 halda uşaqlıq boynu xərçəngi törədir. Xərçəngönü mərhələdə yaxmanı götürsək, virusdan qoruya bilməsək də, xərçəngdən qoruya, xəstələri asanlıqla sağalda bilərik”, - həkim əlavə edir.

“Gardasil 9” vaksini nə qədər əlçatandır?

Ginekoloq Nərgiz Zeynal vətəndaşların İPV-yə qarşı vaksinləri apteklərdən əldə edə biləcəklərini söyləyir. Lakin Bakıdakı bir çox apteklərlə - “Zəfəran”, “Elit”, “Mərkəzi depo”, “Dəfnə”, “Depo apteki” ilə əlaqə saxlasaq da, vaksin olmadığını söyləyirlər.

Yalnız “Avis” aptekdə vaksin tapılır ki, onun da 1 dozasının qiyməti 282 manatdır.

“İnsanlar başlarına gəlməyincə xəstəlik barədə bilmirlər”

Sosial işçi Sənubər Heydərova vətəndaşların cinsi yolla keçən viruslar barədə məlumatsız olduqlarını, bununla bağlı ölkədə maarfləndirici bröşürlərin belə gözə çarpmadığını vurğulayır.

“Nə ginekoloji kabinetlərin qarşısında, nə də qadın məsləhətxanalarında maarifləndirici məlumatlara rast gəlirik. Cinsi mövzular Azərbaycan cəmiyyətində danışılmır. Elə bil ki, azərbaycanlıların cinsi həyatları yoxdur. Valideynlər uşaqlarından, uşaqlar valideynlərindən utanırlar. Uşaqlar bu barədə kimdən soruşacaqlarını, kimdən öyrənəcəklərini bilmirlər. Məktəbdə cinsi tərbiyə ilə bağlı danışılmır. İnsanlar başlarına gəlməyincə xəstəlik barədə bilmirlər”.

Sənubər Heydərova - Sosial Media

S. Heydərova cinsi virusların daha çox kişilərdən qadınlara ötürüldüyünü və onların qorunmağa meylli olmadıqlarını qeyd edir.

“Kişilər “heç nə olmaz”, “belə həzz almıram” bəhanələri ilə qorunmaqdan yayınırlar və xəstəliyi qadınlara ötürürlər. Sonra qadın ginekoloqa gedəndə öyrənir ki, xəstəliyə yoluxub. Əgər kişi ancaq evindəki qadınla cinsi əlaqədə olsaydı, virusa yoluxmazdı, deməli, problemi kənardan gətirir. Qadın başa düşəndə ki, xəstəlik qıraqdan gəlib, evdə qırğın düşür. Bu da onu göstərir ki, Azərbaycanda ailə institutları normal fəaliyyət göstərmir, kişilərin xəyanəti, “gəzəyənliyi” adi hala çevrilib”.

Sosial işçi hesab edir ki, evlilikdən öncə cütlüklərə bu xəstəliklər barədə məlumat verilməli, nikah qeydiyyat şöbələrində broşür paylanmalıdır.

Dövlət qurumları nə deyir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun dediyinə görə, qurum mütəmadi olaraq Təhsil Nazirliyinin dəstəyi və Səhiyyə Nazirliyinin ekpertlərinin iştirakı ilə sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması məqsədilə təhsil müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirir.

Teymur Mərdanoğlu - Açıq mənbələrdən götürülüb

Bununla belə, T. Mərdanoğlu bildirir ki, papilloma virusu ilə bağlı komitə tərəfindən xüsusi maarifləndirmə işi həyata keçirilməyib.

Səhiyyə Nazirliyi: "Gələcəkdə virusa qarşı peyvəndlənməyə baxılacaq"

Səhiyyə nazirliyindən "Toplum TV"nin sorğusuna cavab olaraq bildirilib ki, İPV ilə bağlı  onkoginekoloqlar mütəmadi olaraq media vasitəsi ilə maarifləndirici çıxışlar edirlər. 

"Hazırda ölkədə koronovirusla mübarizə və vətəndaşların buster doza ilə peyvəndlənməsi diqqət mərkəzindədir. Milli peyvənd təqvimində papilloma virusuna qarşı peyvənd nəzərdə tutulmayıb. Gələcəkdə sözügedən virusa qarşı peyvəndlənməyə baxılacaq",- deyə nazirlikdən bildirilib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Xankəndinə növbəti dəfə ərzaq və tibbi yardım göndərir

26 Sentyabr 2023
Azərbaycan bu gün, sentyabrın 26-da növbəti humanitar yük və tibbi ləvazimatları Xankəndinə yola salıb. Toplum TV APA-ya istinadən bildirir ki, 4 yük maşınından ibarət humanitar yardıma 40 ton un, gigiyenik vasitələr, yataq dəstləri daxildir.  https://toplum.tv/siyaset/pbaki-xankendideki-partlayisda-yaralananlara-yardim-goumlnderibp Humanitar yardım Xankəndinə Ağdam-Əsgəran-Xankəndi yolu ilə  göndərilir. Bundan əvvəl Azərbaycanın Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar göndərdiyi açıqlanmışdı.   
Sosial

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusun qarşısını almaq məqsədiylə tətbiq edilən xüsusi karantin rejiminin müddəti gələn ilin əvvəlinə qədər uzadılıb.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 25-də Nazirlər Kabineti məlumat yayıb.  "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılsın", - açıqlamada bildirilib.  https://toplum.tv/sosial/pquru-serhedler-niye-accedililmir-ndash-elave-qazanc-yoxsa-tehluumlkesizlik-amilip Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır.  Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19-un pandemiya...

Seçilmiş Videolar

Toplum TV loqo