Sosial

Naxçıvan sakinləri: “Muxtar respublikada dövlət xəstəxanaları pullu xidmət göstərir”

Aytac Məmmədli
25 Fevral, 2022
2089

Açıq mənbələrdən götürülüb

Yerli sakinlər Naxçıvan Muxtar Respublikasındakı dövlət xəstəxanalarının bir neçə gündür yalnız pullu xidmət göstərməyə başladığını söyləyirlər.

Sakinlərin “Toplum TV”-yə dediyinə görə, artıq dövlət xəstəxanalarına giriş, təcili tibbi yardım da daxil olmaqla xəstələrin bütün müayinə və müalicəsi ödənişlidir.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən Babək rayon sakininin sözlərinə görə, artıq yeni qiymətlər  xəstəxana divarlarına da yapışdırılıb.

"Anamı Babək rayon xəstəxanasına müayinəyə aparmışdıq, qiymətləri görüb, dəhşətə gəldik. Pulumuz olmadığından yoxlanmadan geri qayıtdıq. Girişə 17, həkim qəbuluna 10, sarğıya 5, iynəyə 2 manat istəyirdilər. Analizlər də növünə görə 15 manatdan başlayır. Əvvəl tibb bacıları evlərə gəlirdi, indi xəstəxananın  təlimatıyla gələ bilmirlər. Yeni təyin olunan qiymətləri xəstəxanaya ödəməlisən ki, onlar özləri tibb bacılarını göndərsinlər".

Rayon sakini bildirir ki, ödənişli xidmətə başlayandan sonra xəstəxanaların, təcili tibbi yardımın fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik olmayıb.

"Keyfiyyətdə heç bir dəyişiklik yoxdur. Həkimlərin hamısı onsuz da baş-ayaq müalicə edir. Təcili yardım isə çox gec gəlir, ona görə də çox adam çağırmır, taksi tutub xəstəsini özü aparır. Dəfələrlə olub ki, anamın vəziyyəti ağırlaşıb, zəng etmişik, deyiblər ki, 2 saat sonra gələ bilərik. Ona görə də artıq zəng eləmirəm, birbaşa taksi tutub aparıram".

“Deyirlər ki, qərar yuxarıdan gəlib”

Naxçıvan sakini pullu xidmətlə bağlı xəstəxanalara, nazirliyə müraciət etdiklərini, amma şikayətlərinin cavabsız qaldığını söyləyir.

"Naxçıvanda hansı şikayətə baxırlar ki, buna da baxsınlar? Xəstəxanalar deyir, bizlik deyil, nazirliyə şikayət edin. Gedirik, orda da bizi qəbul edən yoxdu. Qapıdan deyirlər ki, qərar yuxarıdan gəlib, heç nə edə bilmərik, çıxın gedin".

2020-ci ildən etibarən Naxçıvanda İcbari tibbi sığorta sistemi tətbiq olunur. Amma sakinlər sığortanın sözdə olduğunu, sistemdən yararlana bilmədiklərini söyləyirlər.

"Sığortaya baxan həkimlər həftədə bir dəfə gəlirlər. Onda da böyük növbə olur deyə çatdıra bilmirlər. Həm də təcili xəstəsi olan bir həftəni gözləyə bilmir axı".

“Baxmırlar ki, təcilidi, ölürsən”

“Feysbuk”-da "Gündəlik Naxçıvan" səhifəsinə danışan Kəngərli rayon sakini Mahmud Ömərov da deyir ki, ağır xəstəsi üçün təcili tibbi yardım çağıranda ona bu xidmətin artıq pullu olduğunu bildiriblər:

"Həmişə çağıranda pulsuz gəliblər. İnsaf üçün də deyim ki, çağıran kimi təcili də gəlirlər. Bu dəfə çağıranda dedilər ki, 20 manat ödəməlisiniz. İmkanımız yox idi. Xəstəyə də təcili həkim müdaxiləsi lazım idi. Hesabladım ki, taksi bundan ucuz başa gələr. 10 manat verib, taksi ilə getdik. Ancaq, xəstəxanada dedilər, 17 manat girişə ödəməlisiz, 10 manat müayinəyə. Artıq baxmırlar təcilidi, ölürsən. Pulunu ödəmədən baxmırlar. Qohumlar gəldi, pulu ödədi, ondan sonra xəstəmizə baxdılar. Qohumlar bir az gec gəlsəydi, bəlkə də xəstəmizi itirərdik. Xəstəxananın qabağı xəstə ilə doludur. İçəri buraxmırlar ki, pul ödəyin sonra".

Xəstəxanalar ödənişsizdir, amma…

“Toplum TV” sakinlərin iddiaları ilə bağlı hər iki xəstəxana ilə də əlaqə saxlayıb.

Kəngərli rayon Mərkəzi Xəstəxanasının qeydiyyatçısı Zümrüyyə Hüseynova məlumatı təsdiqləyir. O bildirir ki, dövlət xəstəxanalarında müalicə günün birinci yarısı, yəni saat 13-dək ödənişsiz, sonra isə ödənişlidir.

Babək rayon Mərkəzi Xəstəxanasının tibb bacısı Nailə Həziyeva isə təcili təxirəsalınmaz tibbi yardımın ödənişsiz olduğunu, amma kənardan sistem, iynə alıb gətirənlərin xidmət üçün 10 manat pul ödədiklərini söyləyir.

“Əgər xəstə təzyiq, allergiya, nevrotik hal, epilepsiya və s. şikayətlərlə müraciət etsələr, onlara təcili təxirəsalınmaz tibbi yardım göstərilir və heç bir ödəniş tələb olunmur. Həmçinin evlərə gedən təcili yardım üçün vətəndaşlar pul ödəmirlər, amma xəstələrin tibbi təxliyyəsi ödənişlidir”.

Nazirlik: “Canları ağrıyır deyə, elə şeylər danışırlar ki…”

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən deyilənlər təkzib edilir, xəstəxanaların İcbari Tibbi Sığorta əsasında fəaliyyət göstərdikləri qeyd olunur. Yəni sığorta paketində pulsuz olaraq nəzərdə tutulan bütün tədbirlər ödənişsizdir. Amma qurum rəsmisi onu da deyir ki, xəstəxanalarda bütün müayinə və müalicələr pulsuz deyil və əgər vətəndaşlar pul ödəyirlərsə, deməli, onların müalicəsi icbari tibbi sığortada nəzərdə tutulmayıb.

“Xəstələrin canları ağrıyır deyə, elə şeylər danışırlar ki, adam quruyub qalır. Biz xəstələrin şikayətlərinə baxırıq. Narazılıqlarını nazirliyə bildirsinlər”.

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin məlumatına görə, dövlət sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz, qeyri-dövlət sektorunda çalışanlardan 1-0,5 faiz, mülki-hüquqi xarakterli müqavilələr əsasında işlərini yerinə yetirən fiziki şəxslərdən 2-1 faiz icbari tibbi sığorta haqqı tutulur.

“Absurddur”

Həkim Aydın Əliyev Naxçıvandakı dövlət xəstəxanalarının ödənişli fəaliyyət göstərməsinin tamamilə qanunazidd olduğunu bildirir.

O, bu halla qarşılaşan vətəndaşların hüquq-mühafizə orqanlarına şikayət etməli, bunun əsasında müvafiq tədbirlər görülməli olduğunu vurğulayır.

“Dövlət xəstəxanasına “giriş pulludur” nədir? Necə ola bilər elə şey? Absurddur. Dövlət xəstəxanaları pulsuz olmalıdır.  Dövlət müəssisəsi tərəfindən tibbi təxliyyə ödənişsiz olmalıdır. Çünki bunlar üçün dövlət tərəfindən müəyyən bir vəsait  ayrılıb onsuz da”.

Aydın Əliyev - Azadliq.org

A.Əliyev İcbari Tibbi Sığorta haqqında qanunu xatırladır. O deyir ki, müalicə və müayinələrin 99 faizi tibbi sığorta paketinə daxildir, yalnız estetik əməliyyat və s.kimi ikinci dərəcəli məsələlər ödənişli qaydada həyata keçirilməldir.

“İstənilən vətəndaş dövlət tibb müəssisəsinə yaxınlaşıb pulsuz tibbi yardım ala bilər. Çünki onun ödəyəcəyi pul aylıq məvacibindən, işlədiyi müəssisədən tutulur. Və əlbəttə, işləməyən şəxslərin sığorta haqqını dövlət özü qarşılayır”,-A. Əliyev qeyd edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə çıxışlarında son illər səhiyyə sahəsində görülən işləri yüksək qiymətləndirir, səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirildiyini, insanların sağlamlığının daim diqqət mərkəzində saxlanıldığını bildirir.

Rəsmi məlumata görə, muxtar respublikada 2017-ci ildən 2021-ci ilədək 7 xəstəxana, 19 həkim ambulatoriyası, 22 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilub.   

Naxçıvan MR-da son illər səhiyyə sahəsinə büdcədən nə qədər vəsaitin ayrılmasıyla bağlı rəsmi məlumat yoxdur. Bu barədə Maliyyə Nazirliyinin səhifəsində də hesabatlar paylaşılmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım göndərir

22 Sentyabr 2023

FHN

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni sakinlərə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir. Toplum TV xəbər verir ki, humanitar kampaniya Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunub. https://toplum.tv/siyaset/pbmt-nin-qarabagla-bagli-iclasinda-qetname-qebul-olunmayibp Yardım çərçivəsində içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb. Bildirilib ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Məlumata görə, bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin bölgəyə çatdırılması nəzərdə tutulub. 
Sosial

Nazir: Pandemiya uşaqların təhsilinə ciddi zərər vurub

11 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Pandemiyanın təhsilə vurduğu zərərləri görməyə başlayırıq". Toplum Tv APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də Bakı təhsil işçilərinin sentyabr konfransında deyib. “Bunun təsirlərini məktəblərimiz və cəmiyyət daha dərindən müzakirə etməlidir. Bunu danışmaq və qabartmaqdan qorxmaq lazım deyil”,- nazir açıqlamasında qeyd edib.  https://toplum.tv/sosial/pazerbaycan-mekteblerinde-telefon-qadagan-edile-bilerp Emin Əmrullayev çıxışında hazırkı təhsilin keyfiyyətindən də danışıb.  "Bu gün tədris etdiyimiz məzmunun çox köhnəldiyini etiraf etməliyik", - o qeyd edib.  O bildirib ki, 40 il əvvəlki fizikanı eyni şəkildə keçməməliyik: "Bu yaxınlarda Azərbaycan dili və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir. Dillə bağlı səriştələri öyrətməliyik....

Seçilmiş Videolar

Toplum TV loqo