Sosial

Naxçıvanda musiqi müəllimlərindən iddia: “Attestasiya sualları pulla satılır”

Aytac Məmmədli
3 Noyabr, 2021
2575

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasında (NMR) işləyən bir qrup musiqi müəllimi Mədəniyyət Nazirliyinin onlardan rüşvət aldığını iddia edir.

Bu barədə adlarının çəkilməsini istəməyən bir  neçə müəllim "Gündəlik Naxçıvan" a danışıb.

Müəllimlərin dediyinə görə, son bir ildə nazirlik onlardan üç dəfə imtahan götürüb, məqsəd isə hər dəfə imtahan üçün pul toplamaq olub.

"İlk imtahan keçən ilin dekabrında oldu, 300-dən çox müəllim imtahanda iştirak üçün 35 manatdan pul ödədi. Pulu da özlərinin nəzarətində olan "Naxçıvanbank"a köçürdük. İmtahandakı  2700 sualın əksəriyyəti musiqi sahəsinə aid deyildi. Elə buna görə də əksəriyyət kəsildi. Dedilər ki, bu dəfə keçirik sizə, işdən çıxarmırıq. Ancaq gərək təkrar imtahan verib qəbul olasınız. Bu ilin mayında  yenə 35 manat ödədik, imtahana girdik, baxdıq ki, yenə həmin vəziyyətdir. İmtahan sualları tamamilə başqa sahələri əhatə edir və çox çətindi. Təbii ki, bu dəfə də imtahandan kəsildik”.

Müəllimlər deyir ki, iyunun 1-dən imtahandan kəsilənlərin əmək müqaviləsinə xitam verilib. Amma onlara sentyabrda keçiriləcək imtahanda bir daha bəxtlərini sınamaq təklif olunub. Müəllimlərin iddiasına görə, nazirlik əməkdaşları attestasiya  suallarına aid cavabları bəzi iştirakçılara pulla satıb: "Üçüncü imtahanda iştirak qiymətini 2 qat artırdılar - 70 manat ödədik.  Biz gecə-gündüz oxumuşduq ki, imtahandan keçək. Keçə bildik də. Amma gördük ki, bu dəfə də sualların cavablarını imtahandan öncə pulla satıblar. Çünki diplomu, təcrübəsi olmayan nə qədər adam imtahandan keçdi. Müəllim sayı çoxdu deyə bizim dərslər yarıbayarı azaldılıb. Şikayət edirik, əvəzində bizə ucqar kənd məktəblərində dərs saatı təklif edirlər. Deyirlər, gedin orda işləyin".

Onların sözlərinə görə, maaş aşağı olduğundan hər gün ucqar kəndlərə gedib-gəlmək onlara sərf eləmir.

“Sübut varsa, göstərsinlər”

"Toplum TV" -yə danışan NMR Mədəniyyət Nazirliyinin İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev müəllimlərin iddialarını təkzib edir  və nazirliyə bu deyilənlərlə bağlı məlumat daxil olmadığını bildirir: "Müəllimlər sizə doğru məlumat verməyiblər, belə şeylərin olması mümkün deyil".

İmtahan sualları ilə bağlı iddiaları isə nazirlik rəsmisi belə cavablandırır: "İmtahanların keçirilməsinə Dövlət İmtahan Mərkəzi nəzarət edir. Nazirlik imtahanların təşkilinə cavabdeh deyil".

Naxçıvan Dövlət İmtahan Mərkəzi - Rəsmi səhifə

Dövlət İmtahan Mərkəzinin rəsmisi Rafiq Məhərrəmov da fərqli cavab vermir. Onun dediyinə görə, imtahana ixtisasdan kənar heç bir sual salınmayıb.

"Heç kəs iddia edə bilməz ki, suallar pulla satılıb. Əgər əllərində bu barədə sübut varsa, göstərsinlər, araşdıraq",- R. Məhərrəmov qeyd edir.

Naxçıvanlı hüquq müdafiəçisi Elman Abbasov müəllimlərin attestasiya imtahanından kəsilməsi və sualların pulla satılması barədə onlara şikayət daxil olduğunu deyir.

Hüquq müdafiəçisi, ümumiyyətlə, attestasiya imtahanına ehtiyac olmadığını düşünür: "Adamlar 20-30 il hansısa müəssisədə müəllim işləyiblər, 55-60 yaşları var. Onların nə təqaüd yaşıdır, nə də attestasiya. Bu yaşda onlar imtahana hazırlaşa bilmirlər, həm də deyildiyi kimi lazım olmayan suallar qoyulur".

Caption

E. Abbasov bildirir ki, attestasiyadan keçə bilməyənlərə başqa iş təklif olunmalıdır: "Pulu olan imtahandan keçəcək, olmayan qalacaq? Elə ona görə də bizim təhsilimiz, mədəniyyətimiz bu gündədir".

Attestasiya qaydaları əslində necədir?

Qaydalara görə, iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Həmçinin imtahan üç ildə bir dəfədən çox olmayaraq keçirilməlidir.

Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifə, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələrinə aid olan məsələlərlə əlaqədar suallar verilməlidir.

Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır.

Komissiya işçinin tutduğu vəzifəyə uyğun olub-olmadığı haqqında iki qərardan yalnız birini qəbul edə, işçinin başqa vəzifədə istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyə verə bilər.

Eyni vəzifədə azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər imtahandan azad olunmalıdırlar.

İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində işçilərin kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.

İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.

İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.

Naxçıvanda müəllimlərin hüquqları necə qorunur?

E. Abbasovun dediyinə görə, müəllimlərin hüquqlarının qorunması üçün azad cəmiyyət, azad məhkəmə olmalıdır.

Caption

"Azad olmayan məhkəmələrdə kimin haqqı qoruna bilər? Naxçıvanda müstəqil qeyri-hökumət təşkilatları qalmayıb, siyasilərin fəaliyyəti məhdudlaşdırılıb. Vətəndaşın tək əlacı adını gizli saxlamaqla mətbuata çıxış əldə etməkdir".

Hüquq müdafiəçisi insan haqlarını qoruyan sistemin düzgün qurulmadığı qənaətindədir: "Vətəndaşlar haqlarını tələb etməlidir. Amma sistem elə qurulub ki, səsini çıxarsan, səni tapmasalar belə, qohumlarına, yaxınlarına təzyiq edəcəklər. Müstəqil məhkəmə, vətəndaşın haqlarını qoruyacaq kimsə olmadığından adamlar vəziyyətlə razılaşırlar. Hətta yeri gələndə rüşvət də verirlər ki, işləri getsin".

Müəllimlərin məhkəməyə müraciət edib-etməyəcəyi bəlli deyil.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo