Sosial

Nazilik "Meymun çiçəyi" virusu barədə məlumat yayıb

20 May, 2022
372

açıq mənbədən götürülüb

Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə münasibət bildirib.

Nazirlikdən “Reporta”a deyilib ki, hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir.

Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova qeyd edib ki, “Meymun çiçəyi” nadir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir:

“Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlara gəlincə, virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflik kimi büruzə verir».

İnfeksionistin sözlərinə görə, qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər hissələrinə yayılır. «Əksər hallarda ovuclara və ayaqlarda rast gəlinir və çox qaşıntılı olur. Həmin səpgilər yaraya çevrildiyindən bədəndə iz buraxa bilər. Ona görə də yaranın qaşınmaması və qoparılmaması məsləhətdir”, - açıqlamada deyilir.

Mütəxəssisin fikrincə , virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan, eləcə də cinsi əlaqə zamanı birbaşa təmas yolu ilə də ötürülə bilər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Meymun çiçəyi” virusunun kəskin yayılması ilə bağlı ekspertlərin təcili görüşünü çağırıb.

"Meymun çiçəyi” 2017-ci ildə Nigeriyada 40 illik fasilədən sonra yenidən ortaya çıxıb.

O vaxtdan bu günə kimi Afrika ölkəsində 218, Nigeriyadan gələn beynəlxalq səyahətçilərdə isə 8, o cümlədən 2021-ci ilin iyulunda ABŞ-ın Texas ştatında bir yoluxma hadisəsi təsdiqlənib.

Eyni zamanda Böyük Britaniyanın tibb orqanları insanın nadir yoluxucu xəstəlik olan “meymun çiçəyi”nə yoluxmasını qeydə alıblar.

Sosial

Əsgərin özünü öldürdüyü bildirilir

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib    Bu barədə iyulun 6-da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, 5 iyul saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb. Faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.     Hazırda istintaq aparılır.  Rəvan Tağıyevin Yevlaxın Salahlı kənd sakini olduğu, hadisənin Laçında baş verdiyi bildirilir.   
Sosial

Koronavirusa yoluxanların sayı artır

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 6-da verilən məlumata görə, ölən yoxdur. İndiyədək ölkədə ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, hazırda 287 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 755, bu günə qədər isə ümumilikdə 6 977 685 test icra olunub.

Seçilmiş Videolar

Toplum TV loqo