Sosial

Nazir arxayındı, valideynlərsə məktəbdəki sıxlığa görə qorxurlar

Nigar Səmədli
22 Sentyabr, 2021
1708

Sosial Media

Sentyabrın 22-dən orta məktəblərdə ənənəvi dərslər bərpa olundu, ibtidai siniflərdə dərslər başladı. Sentyabrın 29-dan isə bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq.

Amma eyni zamanda belə bir sual yaranır: “Bəzi siniflərdə şagird sıxlığı yoluxmaları artıra bilərmi?”

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov “Toplum TV”-yə açıqlamasında bir sıra məktəblərdə müşahidə edilən sıxlıqla bağlı narahatlığa əsas görmədiyini bildirir.

“Bütövlükdə Azərbaycanda şagird sayının çox olduğu məktəblər çox deyil. Amma həmin məktəblərlə bağlı narahatlıq da anlaşılandır. Digər tərəfdən isə nəzərə alsaq ki, orta məktəb şagirdləri risk qrupuna daxil deyil və şagird sayı çox olan siniflər ümumi siniflərin heç 1 faizini təşkil etmir, belə olan halda risk faktoru xeyli aşağı düşür. Düşünürəm ki, burada alternativ qərarlar qəbul etməyimizə ehtiyac qalmır”.

İlqar Orucov-Sputnik

Nazir Emin Əmrullayev də jurnalistlərə məktəblərdəki sıxlığı bacardıqları qədər tənzimləməyə çalışdıqlarını söyləyib və əlavə edib ki, təhsil işçilərinin 90 faizindən çoxu vaksinasiya olunduğuna görə sözügedən məsələ ciddi problemə çevrilməyəcək.

Nazir arxayın danışsa da, övladı 4-cü sinifdə oxuyan Aysel Həsənova nigarandır. Ana deyir ki, şagirdlərin tam şəkildə eyni sinif otağında dərs keçməsi onu narahat edir: “Qızımgilin sinifində 34 uşaq var. Mən bir valideyn kimi çox narahatam ki, uşaq koronavirusa yoluxar. Qorxuram...”

Amma Aysel Həsənova övladının dərslərindən geri qalmasını da istəmir. Buna görə çıxış yolunu siniflərin iki yerə bölünməsində, yəni növbəli təhsildə görür.

“Ötən il uşaqların sinifləri iki qrupa bölünmüşdü, şagirdlərin yarısı səhər, yarısı da günorta məktəbə gedirdi. Amma bu il bütün uşaqlar eyni növbədədir. İstərdim ki, ötən ilki kimi iki növbə olsun”.

Başqa bir valideyn Simuzər Zəkiyeva da durumdan narahat olsa da, övladlarını məktəbə göndərməyə məcbur olduğunu deyir: “İstəyirik ki, uşaqlarımız təhsildən geri qalmasınlar. Amma növbəli şəkildə dərsə getsələr, daha yaxşı olar”.

“Məktəblərdə sıxlıq qəbul olunmaz durumdadır”

Həkim-pediatr Vaqif Qarayevin sözlərinə görə, sinif otaqlarındakı sıxlıq gigiyena qaydalarına uyğun deyil və o da valideynlər kimi narahatdır: “COVID-19 peyda olmadan öncə mövsümi viruslar baş qaldıranda da biz məsləhət verirdik ki, uşaqlar sıxlıq olan yerlərə getməsinlər, əllər tez-tez yuyulsun. Koronavirusdan sonra bu məsələlər daha da aktuallaşdı, çünki bu virusun yoluxduruculuq qabiliyyəti digər viruslardan daha güclüdür. Bizim məktəblərdə isə sıxlıq qəbulolunmaz durumdadır. Bir sinifdə 30-dan çox uşaq dərs keçir. Düşünürəm ki, sıxlıq məsələsini mümkün qədər tez həll etməlidirlər”.

Vaqif Qarayev - Açıq mənbələrdən götürülüb

Həkim hesab edir ki, iki ildir dünya pandemiya şəraitində yaşayır, həmin müddətdə məsələ öz həllini tapmalı idi. O da valideynlər kimi növbəli qaydada tədrisin tərəfdarıdır.

Amma hökumət artıq sentyabrın 22-dən dərslərin növbəli qaydada keçirilməsi və davametmə müddətinə qoyulan məhdudiyyətləri, eləcə də dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə tələbini ləğv edib.

Nazirlər Kabinetinin məktəblərdə dərslərin təşkili qaydası ilə bağlı yeni qərarına görə, təhsil müəssisələri işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.

Bundan başqa təhsil müəssisələrində 1,5 metrlik sosial məsafə tələbi 1 metrə endirilib. Yeməkxanalarda stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır.

Hökumətin qeni qərarına əsasən təhsil alanların yeməkxanadan növbəli istifadəsi təmin edilməlidir.

Təhsil Nazirliyi yanında ictimai şuranın məsul katibi İlqar Orucovun sözlərinə görə, məktəblərin açılması ilə əlaqədar yoluxma sayı artarsa, lokal xarakterli qərarlar qəbul olunacaq.

“Ümid edirəm ki, insanlar adekvat davranaraq qaydalara əməl edəcəklər və nazirlik məktəblərin qapadılması ilə bağlı müvafiq qərar verməyəcək. Amma yenə də risk var, çünki bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus davam edir. Bu baxımdan təhsil müəssisələrinin açılması qərarını verən ölkələrin tətbiq etdiyi qaydalar bizdə də tətbiq olunur. Düşünürəm ki, bu qaydalar çərçivəsində biz ənənəvi təhsili uğurla davam etdirəcəyik”.

Dünyada durum necədir?

UNESCO -nun son məlumatlarına görə, hazırda bütün dünyada 870 milyondan çox şagird təhsildə fasilə verib.

UNICEF isə bildirir ki, ölkələrin təxminən 27 faizi məktəbləri tamamilə və ya qismən bağlı saxlamağa davam edir.

Azərbaycanın qonşusu Türkiyə sentyabrın 6-dan etibarən epidemiyaya qarşı bir sıra tədbirlər alaraq ölkə daxilində üz-üzə təhsilə başlayıb.

Ölkənin Təhsil və Səhiyyə nazirlikləri təhsil, yeməkxana və tələbə xidmət işçilərinin tam peyvənd olunmasını tövsiyə edib. Eyni zamanda peyvənd olunmamış müəllimlərdən və məktəb işçilərindən həftədə iki dəfə PCR test tələb olunacaq. Şagirdlərlə eyni evdə yaşayanlara da peyvəndlərin tam dozasının vurulması tövsiyə edilib.

Amma günlük yoluxmanın 30 min olduğu bu günlərdə Ədirnə, Tokat, İzmir, Tekirdağ, Samsun və Ordu kimi bir çox şəhərdə sinif otaqları karantinə alınıb.

Tələbə Valideynlər Birliyinin sentyabrın 18-də verdiyi məlumata görə, üz-üzə təhsilin ikinci həftəsində karantinə alınan sinif otaqlarının sayı ən az 611-dir.

Gürcüstanda da sentyabrın 15-dən mövcud tövsiyələrə əsasən 2084 ictimai məktəbdə yeni tədris ili başlayıb.

Səhiyyə Nazirliyinin tövsiyələrinə isə şagirdlər arasında 1 metr məsafə saxlamaq, şagirdlərdən başqa məktəb binasına daxil olan hər kəsin maska taxması, əlləri dezinfeksiya etmək, sinif otaqlarının və ümumi istifadə otaqlarının sanitar qaydalara müvafiq təmizlənməsi və havalandırılması, hərarətli və respirator simptomları olan şagird üçün müvəqqəti izolyasiya otağı ayırmaq kimi qaydalar daxildir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...
Sosial

İyunda bir həftə iş olmayacaq

25 May 2023

Açıq mənbələrdən götürülüb

İyun ayında Silahlı Qüvvələr və Qurban bayramı ilə əlaqədar olaraq bir həftə iş olmayacaq. Toplum Tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar çıxarıb.  Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. https://toplum.tv/sosial/pnazirlik-taksi-sirketleri-ldquoferdi-melumatlar-haqqindardquo-qanunu-pozurp Belə ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. İyunun 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib. Beləliklə, 1 və 2 iyul tarixlərinin də şənbə və bazar günlərinə təsadüf etdiyini nəzərə alsaq, Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar bir həftə - 26,...

Seçilmiş Videolar

Toplum TV loqo