Sosial

Nazirlik ucqar kənd məktəblərinin niyə bağlandığına aydınlıq gətirdi - YENİLƏNİB

Məzahir Abdurahmanov
23 Sentyabr, 2021
197

Açıq mənbələrdən götürülüb

Azərbaycanda ən az şagirdi olan 2 məktəb var. Onlar Lerik rayon Təndül kənd və Şabran rayon Leyti kənd ibtidai məktəbləridir. Adıçəkilən təhsil müəssisələrində 1 nəfər təhsilalan var. Bu haqda Təhsil Nazirliyi ötən dərs ilinin sonunda xəbər yaymışdı. Artıq o kəndlərdə məktəb bağlanıb.

“Leyti kənd ibtidai məktəbinin qeydiyyatında bir şagird olduğu üçün məktəb fəaliyyətini müvəqqəti olaraq dayandırıb”.

Bunu  isə “Toplum TV”-yə Şabran rayon Leyti kənd məktəbinin drektoru Kəmalə İslamova deyir.

Onun sözlərinə görə, əvvəllər məktəbdə iki müəllim işləyirmiş: “Bu məktəbdə 11-12 şagird oxuyan vaxtlar olub. Zaman keçdikcə şagird sayı azaldı. Ona görə də tədris aparan bir müəllim qaldı. Məktəb fəailiyyət göstərən vaxtlarda uşaqlar 4 illik təhsillərini bitirdikdən sonra təhsillərini davam etdirmək üçün qonşuluqda olan Gəndov kəndinə gedirdilər”.

Sosial Media

Direktor Gəndovun Leyti kəndinə təxminən 6 km uzaqlıqda yerləşdiyini, üstəlik də yolunun çətin olduğunu vurğulayır. K.İslamova çıxış yolu olaraq valideynlərin “maşın tutaraq övladlarını çətin yollarla” təhsil almağa göndərdiklərini bildirir.

Leyti məktəbinin direktoru onu da deyir ki, məktəbdə şagirdlərin sayının azlığı kənd sakinlərinin Bakı və Sumqayıta köç etməsindən qaynaqlanır. 

Lerik rayon Təndül kəndinin ibtidai məktəbində də bir şagird, bir müəllimi var. 

Məktəbin həm müəllimi, həm də direktoru Nurəli Əliyev məktəbin artıq fəaliyyət göstərmədiyini bildirir. Səbəb də yeni tədris ilində məktəbə uşaq gəlməməsidir. 
“Keçən il bir nəfər şagird var idi. O da bu ildən qonşuluqda olan 9 illik məktəbə getdi” – direktor  söyləyir.

Onun dediyinə görə, uşaqlar təhsil üçün hər gün 10 km uzaqlıqda yerləşən məktəbə gedirlər. 

“Yol təmir olunmadığı üçün qışda bu yolu getmək çox çətin olur. Müəllimlər belə bu yolu getməkdə çətinliklər çəkir” – Nurəli Əliyev vəziyyəti izah edərkən bunu da əlavə edir. 

“Toplum TV” təmirsiz, çətin yollarla məktəbə gedən uşqlar üçün Təhsil Nazirliyinin hansı addımı atması ilə maraqlanıb. Nazirlik material yayımlandıqdan bir gün sonra sorğumuza cavab verib.

Rəsmi səhifə

Təhsil Nazirliyi bağlanan məktəblərin şagirdləri haqda: “Əlaqədar qurumlar məlumatlandırılıb” 

Təhsil Nazirliyi “Toplum TV”-nin suallarına cavab olaraq bildirib ki, Şabran rayonunun Leyti kənd ibtidai məktəbi uşaq sayı yetərli olmadığı üçün 2021-ci ilin fevral ayından qanunvericiliyə uyğun olaraq fəaliyyətini dayandırıb. 

“Kəndin məktəb yaşlı uşaqlarının sayı hər il azalır. Ötən il məktəbin cəmi üç şagirdi olmuşdu (2 nəfər birinci, 1 nəfər dördüncü sinif). Məktəbə yeni təyin olunan müəllim orada işləməkdən imtina etdiyi, yeni müəllimin təyin olunması müəyyən vaxt aldığı üçün birinci sinif şagirdlərinin valideynləri uşaqları yaxınlıqdakı kəndə məktəbinə köçürdülər. Məktəbdə bir şagird qaldığı üçün məktəb fəaliyyətini müvəqqəti dayandırdı” – nazirlikdən bildirilir.

Qurumun cavabında qeyd olunur ki, gələcəkdə şagirdlər yetərli sayda olarsa, məktəb fəaliyyətini davam etdirəcək. 

“Son illərin təhlili və müşahidə edilən dinamika onu göstərir ki, kəndin gənc ailələri şəhərlərə axın edirlər. Bu halda isə həmin kənddə məktəbin nəinki 11 illik məktəbə çevrilməsi, ibtidai məktəb kimi də fəaliyyətini davam etdirməsi sual altında qalır”, -Təhsil Nazirliyindən deyilir.

O ki qaldı, uşaqların yolunun uzaqlığı ilə bağlı addımlar atılmasına, nazirlikdən bildirilir ki, şagirlərin digər məktəbə gediş-gəlişi onların səlahiyyətində olmadığı üçün hansısa iş görülməyib, amma əlaqədar qurumlar məlumatlandırılıb.

 

Sosial

Əri polis olan qadın: “Anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”

Aytac Məmmədli
19 Oktyabr 2021

Sosial Media

“Xəstəxanadan 3 gün olar çıxmışdım, zahı idim. Məni yerə yıxıb təpiklədi, anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”. Polis əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən F. Cənnətova “Toplum TV”-yə belə söyləyir. Daxili İşlər Nazirliyinin məlumatına görə, son dövrlər Azərbaycanda şiddətə məruz qalan qadınların sayı çoxalıb. Gün ərzində “102” qaynar xəttinə qadın zorakılığı ilə bağlı 100-ə yaxın zəng daxil olur. “Məni ölümlə hədələyir” Zorakılığa məruz qaldığını deyən o “100”-lərdən biri də F. Cənnətovadır. 22 yaşlı qadın 3 uşaq anası olmaqla yanaşı Xəzər universitetinin 5-ci kurs tələbəsidir. Onun sözlərinə görə, uzaq qohumu olan həyat yoldaşı Fuad Cənnətovla...
Sosial

Elnur Əşrəfoğlu vəfat etdi

19 Oktyabr 2021

Sosial Media

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib. Bu barədə jurnalistin bir müddətdir müalicə olunduğu "Yeni Klinika"dan məlumat verilib. Koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu vəziyyəti pisləşdiyindən ECMO aparatına qoşulmuşdu. 47 yaşlı jurnalistin sonuncu iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.
Seçilmiş Videolar