Sosial

Nazirlikdən müharibədə zərərçəkmişlə bağlı cavab: “Vətəndaşın yanaşması belədir: bir az çox alım”

Roza Məmmədova
30 Sentyabr, 2021
3137

Açıq mənbələrdən götürülüb

Müharibə bitdi, şikayətlər yox...

Elbir Cəfərov 44 günlük müharibə dövründə evi ziyan görən Gəncə sakinlərindən biridir. Ancaq müharibə bitsə də, ailəsi hələ də normal həyata qayıda bilməyib. 

Ötən il oktyabrın 17-də Ermənistanın Gəncəyə atdığı raket onun yaşadığı mənzilin 20 metrliyinə düşüb. Elbirin ailəsi  bədbəxt hadisədən canını güclə qurtarıb, amma yaşadıqları evə böyük zərər dəyib.

"Televizor, həyat yoldaşımın cehizi, mebellərimiz, evin bütün otaqları darmadağın oldu. Kompüter, uşağın planşeti, digər bahalı əşyalar - hamısı qırılıb", - Elbir evi ilə yanaşı təxminən 20 min manatlıq əşyasının da zərər gördüyünü deyir.

Müharibə zamanı mülki əhaliyə dəymiş ziyanı müəyyənləşdirən komissiya isə onun evini qəzalı vəziyyətdə deyil, yüngül zərər dəymiş evlər siyahısına salıb. 

“Toplum TV” problemi işıqlandırdıqdan sonra Cəfərovların evinə yenidən baxış keçirilib, komissiya ailənin evinin həqiqətən qəzalı olduğunu müəyyən edib və yenidən tikilməsi haqqında akt tərtib edib.

Hazırda evin tikintisinə başlanılsa da, bu dəfə ailə prezidentin ayırdığı əşya pulunu ala bilmədiyinə görə şikayətçidir.

Prezident İlham Əliyevin müharibə zamanı mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı dekabrın 14-də imzaladağı sərəncama görə, bərpa işləri üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 2 920 500 manat vəsait ayrılıb. 

Dövlət başçısının sərəncamında evləri dağılmış və qəzalı vəziyyətə düşmüş 258 ailəyə ilkin mərhələdə 3 milyon 151 min 500 manat (hər ailəyə 6 000 manat və hər ailə üzvünə 1500 manat), evlərinə ziyan dəymiş 5 885 ailəyə isə 5 milyon 885 min manat (hər ailəyə 1000 manat) yardım göstərilməsi nəzərdə tutulub.

Sərəncama əsasən, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evlərində məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat ödənməlidir. Digər ziyan dəymiş yaşayış evləri üzrəsə hər bir ailəyə 1000 manat maddi yardım göstərilməlidir.

Evi yenidən tikilən E.Cəfərova əşya pulu olaraq cəmisi 1000 manat ödənilib. 

Toplum TV

Bununla razılaşmayan şikayətçi deyir ki,  müharibə vaxtı  evinin vəziyyətini hətta türk kanalları belə göstərib: “Necə ola bilər ki, evi qəzalı olan başqa insanlar ayrılan pulu alır, 4 nəfərlik ailəyə isə cəmi 1000 manat verilir?”

Araşdırmanı aparan komissiyanın təkibində Fövqəladə Hallar Nazirliyindən, İcra Hakimiyyətindən, Maliyyə İdarəsindən nümayəndələr olduğunu deyən şikayətçinin sözlərinə görə, onlar evin əşyalarını qeydiyyata alarkən “Yoldaşımın, uşaqların və mənim şəxsi məlumatlarımı götürüb dedilər ki, eviniz qəzalı olduğu üçün sizə pul düşəcək”.

Elbir Cəfərovun sözlərinə görə, bu günə qədər Gəncə İcra Hakimiyyətinə, Maliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, tutarlı cavab ala bilməyib, rəsmi qurumlar ona gah gözləməli olduğunu, gah da adının siyahıda olmadığını söyləyib.

“Vətəndaşın yanaşması belədir: bir az çox alım”

Maliyyə Nazirliyində İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin müdiri Ədаlət Əliyev mövcud imkanlar daxilində bütün mümkün işlərin görüldüyünü bildirir.

Onun dediyinə görə, zərər dəymiş əşyaların tək-tək qiymətləndirlməsi mümkün deyil, eyni zaman da komissiyaya belə bir göstəriş də verilməyib. 

“Bu baxımdan aktda yalnız dəymiş zərərin həcmi yazılıb”, - şöbə müdiri əlavə edir.

Toplum TV

O, aktın razılıq əsasında hazırlandığını, daha sonra isə vətəndaş  tərəfindən imzalandığını vurğulayır.

Ədalət Əliyev rəsmiləşdirmə proseduru aparıldığı halda şikayətçinin ona ayrılan pulu ala biləcəyini qeyd edir: “Yəni əvvəlcə onların şəxsi məlumatları götürülür, adları qeydiyyata salınır. Belə olan halda ayrılan pulun adama gedib çıxmaması mümkünsüzdür”.

Amma şöbə müdiri dəyən ziyana görə dövlətin birbaşa məsuliyyət daşımadığını, kompensasiyanı əslində ziyan vuranın olduğunu da deyir: “Məsələn, bir də görürsən deyirlər ki, bizim evdə 5 dənə stul, bir dənə çarpayı məhv olub. Bütün əşyaların dəyərinə görə hesablanmasını tələb edirlər. Bunun adı kompensasiyadır - vətəndaşa bilərəkdən zərər vurulubsa, zərərvuran tərəfindən onun haqqının hesablanaraq verilməsi. Bir də var ki, forsmajor hallarda, müharibə zamanı vətəndaşa ziyan dəyir. Burada zərər vuran məlum deyil, ən azından dövlət deyil. Bu halda ödənilən pul maddi yardımdır. Vətəndaşın 10 min manatlıq televizoru qırılıbsa, dövlətdən o dəyərdə pul istəməsi doğru deyil. Çünki bunu dövlət etməyib”.

Ə.Əliyev vətəndaşın mülkünün  yenidən dəyərləndirilməsi ilə bağlı suala isə “bilmirəm” cavabı verib və əlavə edib ki, komissiya sənədləri artıq təhvil verib, gerisinin necə olacağı ilə bağlı fikri yoxdur.

Toplum TV

“Toplum TV” bununla bağlı Gəncə İcra Hakimiyyətinə sorğu ünvanlasa da, mövqe almaq mümkün olmayıb.

Hazırda rəsmi qrumlara müraciət etməkdən təngə gələn Cəfərovlar ailəsi haqqı hesab etdiyi pulu alacağı günü səbirsizliklə gözləyir.

Ermənistanla Azərbaycan arasındakı müharibədən bir il keçməsinə baxmayaraq, hələ də evi zərər görən bəzi dinc sakinlərin problemi həll edilməmiş qalır. 

Bu müddət ərzində prezident işğaldan azad edilən ərazilərdə investisiya layihələrinə maliyyə ayırıb, ağıllı şəhər və kəndlərin salınması prosesinə başlanıb. 
Həmçinin nəzərdə tutulan 3 Beynalxalq hava limanından 2-nin  tikintisi başa çatdırılıb.

Xatırlatma

Sentyabrın 27-də Azərbaycan və Ermənistan təmas xəttində döyüşlər başlayıb.

Azərbaycan müharibədən sonra bildirib ki, 44 günlük əməliyyat zamanı ölkənin 100-ə yaxın dinc sakini ölüb, 400-dək adam yaralanıb. Müharibə dövründə 40 mindən çox insan köçkün düşüb.

Baş Prokurorluğun isə mülki əhaliyə dəyən zərərlə bağlı açıqlamasında müharibə zamanı 4186 evin yararsız hala düşdüyü deyilir.

Qurum habelə 135 çoxmənzilli yaşayış evinin, 548 mülki obyektin yarsız vəziyyətə düşdüyünü açıqlayıb.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Zəlzələdən sonra Səngəçalda qala divarlarının üzə çıxdığı iddia edilir

8 Dekabr 2023

Sosial Media

Səngəçalda zəlzələdən sonra üzə çıxdığı güman edilən qala divarları ilə bağlı əraziyə baxış keçirilir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.  “Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”, - açıqlamada qeyd olunub.  https://toplum.tv/sosial/pxezerde-guumlcluuml-zelzele-qeyde-alinibp Bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib. Dekabrın 7-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Sosial

Şuşada da mina partlayışı baş verib

7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Şuşa şəhərində mina partlayışı baş verib, xəsarət alan var. Toplum TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində baş verib. Belə ki, elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Məlumata görə, o, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində  də mina partlayışı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Seçilmiş Videolar

Toplum TV loqo