Sosial

Nazirliyin hüquqşünası öz müdirinə sui-qəsddə suçlanır

24 Fevral, 2021
462

Report.az

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət audit şöbəsinin işçisi olmuş Vüsal Əliyev həm korrupsiyada, həm öz müdirinə qarşı sui-qəsddə suçlanır. Amma özü ittihamla razılaşmır.

Əliyev ixtisasca hüquqşünasdır, imtahanla nazirliyə işə qəbul olunub. 

O, həbsinə görə nazirlikdə işlədiyi şöbənin müdiri Heybət İmanovu günahlandırır.

Keçmiş müdirini bıçaqlatdırmaq üçün "kömək istəyib”

Cinayət işinin materiallarında iddia olunur ki, Əliyev bir sıra şəxslərə, o cümlədən anasına saxta sənədlərlə təqaüd təyin etdirib. Eyni zamanda, pensiya almaq hüququ olan xeyli adama da qanunsuz şəkildə imtina edilib. 

O, bu əməllərdə suçlanaraq həbs edildikdən sonra təcridxanada kamera yoldaşından keçmiş müdirini əvvəl döydürmək, sonra da bıçaqlatdırmaq üçün kömək istəyib.

Quldurluqda suçlanaraq həbs olunmuş kamera yoldaşı da azadlıqdakı qohum və tanışlarına bu haqda məlumat verib. Onlar da vəd olunmuş pul müqabilində həmin işi həyata keçiriblər.

İddia olunur ki, şöbə müdirinin məhkəmədə onun əleyhinə ifadə verməməsi üçün təqsirləndirilən hüquqşünas bu addımı atıb.

Məqsəd onu qorxudub məhkəmədə ifadəsinin qarşısını almaq olub.

Hazırda Əliyevlə yanaşı, onun kamera yoldaşı olan Mirafiq Bəşirov, qardaşı Nurlan Bəşirov, Namiq Alagözov, Bəhruz Əhmədov, Zaur Cəlilov və Fariz Daşdəmirov da məhkəmə qarşısına çıxarılıb. Onlara İmanova qarşı sui-qəsddən əlavə, külli miqdarda narkotik ittihamı da verilib.

"Bir həftə içində düzüb-qoşublar

Amma təqsirləndirilən şəxslər də, vəkilləri də ittihamda yazılanların yalan olduğunu deyir.

"Bir həftə içində bu cinayət işini düzüb-qoşublar. Adamlardan zorla yalan ifadələr alıblar. Sonra 9 ay heç bir istintaq hərəkəti aparmayıblar. Adamların hamısına eyni miqdarda narkotik tapılması barədə ittiham veriblər. Necə ola bilər ki, tutulanların hamısından eyni miqdarda tapıldı? Bu biabırçılıqdır”, – təqsirləndirilən Əhmədovun vəkili belə deyib.

Təqsirləndirilən Əliyev özünü qismən təqsirli bildiyini deyib. Amma konkret nədə təqsirli bildiyini açıqlamayıb. O, zərərçəkmiş qismində tanınan keçmiş şöbə müdirinin qərəzli olduğunu bildirib.

Heybət İmanov xeyli vaxtdır nazirlikdə işləyir. 2013-cü ildə Səlim Müslümov nazir təyin ediləndən sonra o, işdən çıxarılıb. Bundan sonra İmanov Hesablama Palatasında şöbə müdirinin müavini təyin edilib. Sahil Babayev nazir vəzifəsinə təyin ediləndən sonra o, nazirliyə qaytarılıb.

Məhkəmə araşdırmaları davam edir.
Təqsirləndirilən şəxslərin ittiham olunduğu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

"AzadlıqRadiosu”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo