APA
Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"APA” yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror Cavid Süleymanovun 9 il 6 ay, Əhməd Əhmədova isə 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Proses aprelin 28-də davam etdiriləcək.
Hər iki şəxs Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət etməkdə ittiham olunur.
Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Məlumata görə, saxlanılan şəxslərdən biri Cavid Süleymanov oğurluq əməllərindən əvvəl öz maşınını sataraq Ukraynaya gedib və orada alpinist kursu keçib. Kursu keçdikdən sonra Bakıya qayıdıb və oğurluq planlarını icra edib.
açıq mənbədən götürülüb
Wikipedia
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır