Sosial

Ombudsman dünya ictimaiyyətinə çağırış etdi

17 Oktyabr, 2021
911

Açıq mənbələrdən götürülüb

"Bu gün Ermənistan silahlı qüvvələrinin 17 oktyabr 2021-ci il tarixində gecə saat 01:00 radələrində hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini Ermənistan ərazisindən yenidən ballistik raketlərlə atəşə tutmasının birinci ildönümüdür. Bu dəhşətli hücum nəticəsində içərisində uşaq və qadınların da olduğu 15 nəfər mülki şəxs qətlə yetirilib, 50 nəfərdən çox dinc sakin isə yaralanıb. Bundan əlavə, 20-ə yaxın ev dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib, ərazidəki nəqliyyat vasitələri yararsız hala düşüb".

Bu fikirlər Ombudsman Səbinə Əliyevanın dünya ictimaiyyətinə çağırışında yer alıb.

"Bu faktla əlaqədar tərəfimdən dərhal dünya ictimaiyyətinə etiraz bəyanatı ünvanlanıb və Gəncə şəhərində bir daha faktaraşdırıcı missiya həyata keçirilməklə hesabat hazırlanaraq, müvafiq beynəlxalq təşkilatlara göndərilib", - deyə Ombudsman bidirib.

Onun sözlərinə görə, baş verənlərə hələ də beynəlxalq hüquqi qiymət verilməyib: "Təqdim etdiyimiz həmin sənədlərdə kifayət qədər təkzibolunmaz sübutların olmasına baxmayaraq, təəssüflər olsun ki, bu dəfə də Ermənistanın Azərbaycana qarşı törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri zamanı insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymət verilməyib".

"Bir daha dünya ictimaiyyətini və beynəlxalq təşkilatları ədalətli və obyektiv mövqe nümayiş etdirərək dinc və günahsız azərbaycanlılara qarşı ağır cinayətlərin törədilməsinə göstəriş vermiş Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırıram!", - Ombudsman əlavə edib.(Report)


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo