Sosial

"Omikron" ştamının əsas simptomları açıqlandı

1 Dekabr, 2021
170

Cənubi Afrika Respublikasında (CAR) işləyən həkim Unben Pilley koronavirusun "omikron" ştamı ilə yoluxma zamanı meydana çıxan əsas sipmtomları açıqlayıb. 

Bu barədə “Bloomberg” məlumat yayıb. 

Unben Pilleyin sözlərinə görə, bu ştama yoluxanlarda xəstəlik hazırda əsasən yüngül formada keçir, amma uzunmüddətli nəticələr çıxarmaq hələ tezdir: “Biz qrip simptomları, quru öskürəyi, qızdırması, gecə tərləməsi və bədən ağrıları olan xəstələr görürük”. 

Həkim bildirib ki, göstərilən simptomlar COVID-19-un digər dalğalarının təzahürlərinə oxşardır.

Keyptaun hospitalında yoluxucu xəstəliklər kafedrasının müdiri, professor Mark Mendelso isə  "omikron" ştamıyla mübarizə üsullarına aydınlıq gətirib. Onun sözlərinə görə, xəstəlikdən ən yaxşı müdafiə vaksinasiyadır. Amma o, ştamın immun sistemindən yayınacağı, bunun da təkrar yoluxmaların sayını artıracağı barədə ehtimalları da istisna etməyib.

Sosial

Sutkalıq yoluxma sayı bilindi

27 Yanvar 2022

BBC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 3 361 yeni yoluxma faktı qeydə alınıb, 1 132 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan yanvarın 27-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 643 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 620 182 nəfər müalicə olunaraq sağalıb, 8 664 nəfər vəfat edib, aktiv xəstə sayı 14 663 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 923, ötən müddət ərzində isə ümumilikdə 6 107 416 test aparılıb.
Sosial

Tayıflı kəndinin meşə problemi -“İş yoxdur, neyləyək?”

Roza Məmmədova
27 Yanvar 2022

Toplum TV

 “Hər şikayətdən sonra köhnə kömür quyuları doldurulur, sonra yeniləri ortaya çıxır” Bura Oğuz rayonu Tayıflı kəndidir.  Tayıflı kəndinin adı mediada daha çox meşə təsərrüfatının ziyan görməsi, qanunsuz yollarla kömür əldə edilməsi və s. xəbərlərlə çəkilir. Bir neçə ildir ki, kənddə məskunlaşan  Şəhriyar Qasımov bu fikri təsdiqləyir. O deyir ki, kənddəki meşədə ağaçlar kəsilir, sonra xüsusi quyularda yandırılaraq kömür əldə olunur. Toplum TV “Oğuza köçəndən sonra davamlı olaraq havadan pis qoxu gəldiyini hiss edirdim. Sonra qohum-əqrabadan öyrəndim ki, sən deməpis  iy meşədən gəlirimiş”. Şəhriyar problemdən xəbər tutduqdan sonra ilk dəfə ötən ilin mart ayında  Oğuz rayonu polis idarəsinə şikayət etdiyini söyləyir:...
Seçilmiş Videolar