Sosial

Operativ Qərargah Çin vaksininin effektivliyinə aydınlıq gətirdi

16 Yanvar, 2021
192
 
FOTO: Nikkei 
 
"Azərbaycan ən təhlükəsiz və effektli peyvəndi əldə edib".
 
Bunu yanvarın 16-da Operativ Qərargahın iclası zamanı çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.  
 
Rəsmi artıq ilk partiyanın ölkəyə gətirildiyini bildirib: "Yanvarın 18-dən ilk əvvəl tibb işçilərinin peyvəndlənməsi başlanılacaq. Daha sonra fevralın 1-dən isə yaşı 65 dən yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq”.
 
Məlumata görə, Azərbaycan Çin istehsalı olan "CoronaVac” vaksinini tətbiq edəcək. 
 
Səhiyyə Nazirliyi məsələ barəsində açıqlama verib:
 
"Azərbaycan COVAX platforması çərçivəsində "Sinovac” şirkətindən 2 milyon doza "CoronaVac” vaksini alacaq. Bununla yanaşı, "Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə "Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. "Sinovac” şirkətinin "CoronaVac” vaksini 91.25 faiz effektivdir”. 
Sosial

Mübariz Mənsimov həbsdən azad edilir?

3 Mart 2021

BBC

Mübariz Mənsimovun həbsdən buraxılması haqqında Türkiyə Prokurorluğu  təqdimat verib. Təqdimatda M.Mənsimovun ölkədən çıxışına qadağa qoyulması tələbi irəli sürülüb. Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov həbsdən buraxıla bilər. İstanbul prokurorluğu onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, polis nəzarətində olmaqla, azadlığa buraxılması haqda təqdimat verib. Prokurorluğun təqdimatında göstərilib ki, məhkəmə prosesinin gəldiyi mərhələni, verilən ittiham üzrə nəzərdə tutulan cəzanı, həbsdə olduğu müddəti, bundan əvvəl cinayətə görə şübhəli və ya təqsirləndirilən şəxs olmamasını nəzərə alaraq, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir. Prokurorluq təqdimatda həmçinin Mübariz Mənsimovun həbsdən buraxılacağı təqdirdə, onun ölkədən və müəyyən edilmiş ərazidən çıxışına qadağa...
Sosial

Müharibədən zərərçəkmiş şəxs: “Pul ayrılıb, amma İcra Hakimiyyəti vermir”

Nigar Səmədli
3 Mart 2021

Sosial media

“Müharibə zamanı evimiz atışmalar nəticəsində zərər görüb, pəncərələrə sellofan çəkib 2 otağına yığışmışıq. Hələ bir köməklik görməmişik". Bunu “Toplum TV”-yə Tərtərin Qaradağlı kəndinin sakini Tural Əliyev deyib. Tural Əliyev II Qarabağ müharibəsində əmlakı ziyan görmüş vətəndaşlardandır. O deyir ki, müharibədən sonra evlərinə bir dəfə baxış keçirilsə də, heç bir yardım edilməyib: "Kəndə nə qədər yardım paylanıb, amma bizə heç nə verilməyib. Bu haqsızlıqdır. Biz də burda yaşayırıq, müharibədən zərər görmüşük. Daha bir neçə ailə bizimlə eyni vəziyyətdədir”. Tural Əliyevin sözlərinə görə, 2016-cı ildəki Aprel döyüşlərində də mal-qarasına ziyan dəyib: “O vaxt 5 inəyim tələf oldu. Oonların da pulunu ala bilmədim....
Seçilmiş Videolar