Sosial

Özünü yandıran qazi vəfat edib

12 İyul, 2022
2410

Sabirabad Rayon İcra Hakimiyyətinin önündə özünü yandıraraq intihar edən “Mauqli” ləqəbli qazi Elvin Cəfərov vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

Elvin Cəfərov 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edib.

O, iyunun 10-da vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanaya gətirilib.

Bir gün öncə qazinin qardaşı, idmançı Elnur Cəfərov açıqlama verərək bildirib ki, Elvin Cəfərovun vəziyyəti ağırdır və onunla maraqlanan yoxdur.

Qardaşı qaziyə qarşı icra hakimiyyətində haqsızlıqlar edildiyini də bildirib. Deməsinə görə, canından bezən qazi sonda intihara əl atıb.

Sabirabadın Qalağayın kəndindən olan Elvin Cəfərov Meydan TV-yə müharibədə 39 gün döyüşdüyünü deyirdi.

O, işləyə bilmədiyindən, 78 yaşlı anasının əlinə baxdığını, ailəsini çox çətinliklə dolandırdığını bildirirdi.

“Anam çöldə-bayırda fəhləlik edir, gətirir ki, mənim ailəm dolansın. Bu, mənə çox ağırdır və əlimdən nəsə gəlməməyi pis incidir”, – deyə qeyd edirdi.

Elvin Cəfərov müharibədə “Mauqli” ləqəbini necə qazanmasından da danışmışdı. Deyirdi ki, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün test edilib, ona ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək tapşırılıb:

“Kameralar bizi çəkir, harada olduğumuzu görür, vururdular. Tapşırıq aldım ki, 1 saata 5 kamera gətirim. Bu müddətdə o qədər kamera gətirə bilsəm, məni 052-yə qoşacaqdılar. Getdim, 5 kameranı gətirdim. Komandir dedi ki, sınaqdan keçməmisən. 5 tapşırıblarsa, heç olmasa 6 dənəsini gətirməliydin. Bu zaman üst geyimimin düyməsini açdım. İçində yalan olmasın 20-dən çox kamera var idi. Beləcə 052-nin sıralarına qoşuldum. Həmin gündən də ən ağır döyüşlərə girdim”.

35 yaşlı Elvinin 2 oğlu var. O, müharibə zamanı kontuziya alıb. Odur ki, qayıdandan sonra iş tapa bilməməkdən şikayətlənirdi. Deyirdi ki, iş üçün dəfələrlə Sabirabad Rayon İcra Hakimiyyətinə gedib, lakin kömək etməyiblər: “Hər dəfə yola verib, göndərirlər. Axırıncı dəfə dedim ki, nolar süpürgəçilik də olsa, bir iş verin. Onu da vermədilər. Daha o qapıya getməmək qərarı almışam. Gedirəm, əsəbiləşirəm, şəkərim qalxır 350-380-nə. Halım pisləşir, çətinliklə özümə gəlirəm. Onu da deyim ki, mən şəkəri də hərbidə tapmışam. Gedəndə 87 kilo idim, indi 58-ə düşmüşəm”.

Sabirabad Rayon İcra Hakimiyyəti iyunun 12-də Elvin Cəfərovun intihar etməsiylə bağlı açıqlama yayıb.

İcra Hakimiyyəti qazinin ölümündən təəssüfləndiyini bildirib: “Təəssüf hissi ilə qeyd edirik ki, 10 iyul 2022-ci il tarixdə Sabirabad rayonu Qalağayın kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili, 1987-ci il təvəllüdlü Cəfərov Elvin Zakir oğlu Sabirabad Rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandıraraq intihara cəhd edib. Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Elvin Cəfərova ilkin tibbi yardım göstərilib və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə xəstəxanaya göndərilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.

İcra Hakimiyyəti qazinin maddi durumunun ağır olması ilə bağlı iddiaları qəbul etmir: “Elvin Cəfərova müharibə əlilliyi ilə əlaqədar Prezidentin aylıq təqaüdü (300 manat) və aylıq müavinət (120 manat) təyin edilib. Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə qazimiz 27 may 2021-ci il tarixdən “DOST İş Mərkəzi” MMC-də haqqı ödənilən (300 manat) ictimai işlərə cəlb edilib, anası Cəfərova Ruquyyə Musa qızı isə “Əmin” marketlər şəbəkəsində münasib işlə (aylıq əmək haqqı 300 manat) təmin olunub. Bundan əlavə, Elvin Cəfərovun ailəsinə müxtəlif vaxtlarda rayon İcra Hakimiyyəti tərəfindən ümumilikdə 700 manat maddi yardım ödənilib, 300 manat dəyərində ərzaq məhsulları verilib, bundan başqa, ayrı-ayrı dövlət orqanlarının nümayəndələri və iş adamları tərəfindən Elvin Cəfərova mütəmadi maddi köməkliklər göstərilib”.

“Bütün bayramlarda ailə bayram sovqatı ilə təmin olunub, o cümlədən 09.07.2022-ci il tarixdə ailəyə “qurban payı” verilib. Eyni zamanda Elvin Cəfərova hərbi səbəbdən 3-cü dərəcə əlilliyə görə “Azərsığorta” tərəfindən 4400 manat sığorta ödənişi aparılıb və “YAŞAT” Fondu tərəfindən 2021-ci ildə 6500 manat məbləğində maddi dəstək göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazinin ailəsi üçün bir il əvvəl özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatı yaradılıb”, – deyə İcra Hakimiyyəti bildirib.

Elvin Cəfərov müharibədən sonra intihar etmiş və ya intihar həddinə çatdırılmış yeganə qazi deyil. Daha öncə 35 nəfər qazi də intihara əl atıb. Səbəb isə problemlərinə baxılmaması, şikayətlərinin araşdırılmaması olub:

- Qusarın Yasaboba kənd sakini, 22 yaşlı hərbçi Gümrah Fuad oğlu Səfərquliyev Xaçmazın Seyidli kəndində meşəlik ərazidə özünü asıb.

- Biləsuvarın 1 saylı Qəsəbəsində Cəbrayılın Sarıcalar kənd sakini, 27 yaşlı hərbçi Əlisahib Məmmədov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

- Baş Klinik Hospitalın Psixiatriya bölməsində psixoz diaqnozu ilə müalicə alan MAXE əsgər, əslən Kəlbəcərin Zəylik kəndindən olan, Goranboy rayonunun Börü kəndində məskunlaşan Vüsal Eldar oğlu Musayev intihar edib.

- Gədəbəyin Çanaqçı kənd sakini, 22 yaşlı XTQ hərbçisi İsmət Namiq oğlu Babakişiyev özünü asaraq intihar edib.

- II Qarabağ müharibəsi qazisi, Sabirabadın Cavad kənd sakini, 1986-cı il təvəllüdlü Maşallah Gülağa oğlu Mənəfov özünü asaraq intihar edib.

- II Qarabağ müharibəsi qazisi, Cəlilabad rayonu “Petrovka” adlanan yaşayış massivi sakini 1998-ci il təvəllüdlü Bəhmən Bəhlul oğlu Abbaslı özünü asaraq intihar edib.

- Ağdaş rayonu, Yuxarı Ləki kəndində II Qarabağ müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.

- Qusar rayonunun Əniq kənd sakini, II Qarabağ müharibəsi qazisi Qəhrəmanov Feyruz özünü ağacdan asaraq intihar edib.

- Sumqayıtda kirayədə yaşayan, Salyan rayonunun Kürqaraqaşlı kənd sakini, hərbçi Adil Bayramov intihar edib.

- II Qarabağ müharibəsi iştirakçısı, 1998-ci il təvəllüd, Xaçmaz rayon sakini Kənan Mənsur oğlu Vəliyev intihar edib.

- DSX-nın Horadiz sərhəd dəstəsinin MAXE hərbçisi, baş çavuş Canmirzə Çingiz oğlu Şirəliyev intihar edib.

- Sumqayıt sakini, əslən Zəngilanın Qıraq Müşlan kəndindən olan, 2003-cü il təvəllüd hərbçi Rəhim Möhübbət oğlu Dadaşov Laçın rayonunda intihar edib.

- Bakının Kürdəxanı kənd sakini, Naxçıvan “N” saylı hərbi hissəsinin hərbçisi Seymur Sahil oğlu Hacıyev intihar edib.

- Azərbaycan Ordusunun giziri, Namin Ruslan oğlu Məmmədov intihar edib. Gizir II Qarabağ müharibəsi iştirakçısı idi.

- Bakının Binəqədi rayon sakini, hərbçi Məmmədağa Zakir oğlu Məlikov Daşkəsən “N” saylı hərbi hissəsində intihar edib.

- Ağstafanın Eynallı kənd sakini, hərbçi Neyman Məmmədov, Naxçıvanda “N” saylı hərbi hissədə intihar edib.

- Şuşa şəhərində xidmət edən, Astaranın Sərək kənd sakini hərbçi Çingiz Ramin oğlu Həziyev intihar edib.

- Goranboy rayonu “N” saylı hərbi hissədə xidmət edən əsgər Fuad Samir oğlu Bayramov intihar edib.

- 1999-cu il təvəllüd, 3 ayın əsgəri Ramil Xəqani oğlu Rzaquliyev Gənclik metrosunun yaxınlığındakı DSX-nın hərbi hospitalından özünü ataraq intihar edib.

- Qazi polkovnik-leytenant Şahmurad Museyib oğlu Məmmədov Sumqayıtda məhkəmə ədalətsizliyinə etiraz edərkən ürəyi partlayıb, ölüb.

- Zərdab rayon sakini polkovnik İlham Seyidov dünyasını dəyişib. Bildirilir ki, polkovnik qeyri-döyüş şəraitində ürək tutmasından vəfat edib, bəziləri isə polkovnikin intihar etdiyini deyir.

- Şirvan şəhər sakini 1988-ci il təvəllüdlü Emin Eldəniz oğlu Cəlilov özünü yaşadığı evin həyətindəki çardaqdan asıb. O, İkinci Qarabağ müharibəsində könüllü iştirak edib.

- İkinci Qarabağ müharibəsi iştirakçısı leytenant Rüfət Ağayar oğlu Nəbizadə intihar edib.

- II Qarabağ müharibəsi iştirakçısı, 26 yaşlı İmişli sakini İmdad Qəhrəmanlı dövlətin laqeydliyi nəticəsində, doğum gününə 3 gün qalmış intihar edib.

- II Qarabağ müharibə iştirakçısı Yardımlının Urakəran kənd sakini Quliyev Fərid Rafiq oğlunun meşədə özünü asaraq intihar edib.

- Daşkəsən rayonu, Pirverdilər kənd sakini, 1990 təvəllüdlü hərbçi Fərman Həsənov yaşadığı evdə özünü asıb.

- II Qarabağ müharibəsi iştirakçısı, Sulutəpənin Çiçək Yaşayış Massivi sakini, əslən Xızıdan olan 24 yaşlı Yunis Mənsurov intihar edib.

- II Qarabağ müharibəsi iştirakçısı Şəmkirin Yeni Həyat kənd sakini, 1996-cı il təvəllüdlü İlham Yılmaz oğlu Həsənov etiraz əlaməti olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vuraraq yandırıb.

- Ağdamda 25 yaşlı Vətən müharibəsi qazisi Şəmil Elman oğlu Dadaşov intihar edib.

- Naxçıvan MR, Şahbuz rayonu, Badamlı qəsəbə sakini, 1990 təvəllüd hərbçi Rəşad Füzuli oğlu Məmmədov özünü asaraq intihar edib.

- Əslən Cəbrayıl rayonundan olan Rövşən Məmmədov 25 ildir ala bilmədiyi sığorta pulunu almaq üçün sonuncu dəfə “Azərsığorta”ya gedib, verməyiblər. Orada əsəbləşib və gedib özünü asıb.

- Sumqayıtdan olan, Daxil Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Alim Nazim oğlu Məmmədov Quba rayonunda ürəyinə tapança ilə atəş açaraq özünü öldürüb.

- 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğlu özünü Kür çayına ataraq intihar edib. Salyanın Plasmas qəsəbə sakini olan qazi Vətən müharibəsi iştirakçısı idi.

- Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb.

- Qarabağ müharibəsi qazisi Müğdət Rəsul oğlu Nəsirov illərlə əlillik pensiyası ala bilmədiyi üçün yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq öldürüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo