Sosial

Pandemiya, onlayn dərs və təhsildən kənarda qalan yarım milyon şagird

16 Sentyabr, 2020
1700
Pandemiya  davam etdiyi şəraitdə sentiyabırın 15-dən Azərbaycanda tədris mühiti bərpa olunub. 
 
Hazırki şəraitdə şagirdlər tədris prosesinə televiziyada yayımlanan teledərslər, onlayn formada aparılan dərslər vasitəsilə və qismən də əvvəki əyani qaydada qoşula biləcəklər. 

Dərslərin onlayn formada keçirilməsi və məsafədən idarə olunması təhsil prosesinin texniki təminat məsələsini göz önünə gətirib.
Belə ki, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilirdi. Ancaq pandemiya şəraiti davam etdiyindən 2020-ci il tədris ilində şagirdlərin dərslərə davamiyyətində bir sıra problemlər yaşanmaqdadır.

"Adətən, sinifdə 7-8 nəfərin normal interneti olur”

Mövcud yeni qaydalara əsasən, təhsilalan və təhsilverənləri qorumaq məqsədi ilə dərslərin əyani formada keçirilməsinə məhdudiyyət qoyulur. Belə ki, 1-4-cü sinifdə təhsil alan şagirdlər dərsləri həm əyani, həm onlayn formada, 5-9-cu siniflərdə təhsil alan şagirdlər oktyabırın 1-nə qədər onlayn, 10-11-cu sinif şagirdləri isə 15 oktyabra qədər dərslərini onlayn formada davam etdirə biləcəklər.

Bu il qızını ikinci sinifə yola salan valideyn Kəmalə Məlikova isə deyir ki, pandemiyaya başlayanda  müəllimi hər gün dərsi onlayn formada "Whsatsapp” üzərindən aparırdı. Valideynin sözlərinə görə, bu cür keçirilən dərs qızının dərsə həvəssiz yanaşmasına və marağının itməsinə səbəb olurdu. Onun sözlərinə görə, kənddə internetin sürəti zəif olduğundan dərslər yarımçıq qalır və ya tam keçirilmir. Dərsə qoşulmalı olan uşaqlardan adətən, 7-8 nəfərin normal interneti olur.

İnternetin zəifliyinin dərs mühitinə təsiri

Zirədəki 120 saylı orta məktəbdə dərs deyən Cəmilə Xəlilzadə hazırda dərslərin keyfiyyətinin hiss olunacaq dərəcədə düşdüyünü qeyd edir. 

Onun sözlərinə görə, onlayn dərsin keyfiyyətsiz olması internet imkanlarının bərabər olmaması səbəbindən doğur: "Eləcə də ənənəvi mühitdə 1 akademik dərs saatı 45 dəqiqə olduğu halda, virtual dərsin miqdarı 30 dəqiqəni ötməməlidir. İnformasiya yükü çox, dərs saatı isə az olduğu bu şəraitdə şagirdlərə fərdi yanaşmaq, onların hamısını dərs prosesinə cəlb etmək imkanları  zəif olur”.

Müəllimin sözlərinə görə, belə təşkil edilən dərs mühiti şagirdlə müəllim arasında əməkdaşlığa da xələl gətirə bilir: "Belə ki, əsasən, repititor yanına gedən, yaxud dərsə marağı olmayan şagirdlər dərsdən yayınır. Bu şəraitdə də həm dərs mühiti korlanır, həm də dərs uzaqdan idarə edildiyindən onu tənzimləmək uğursuzluğa düçar ola bilir”.

Hazırki şərait üçün uğurlu seçim...

Təhsil mütəxəssisi Kamran Əsədovun mediaya verdiyi açıqlamaya görə, dərslərin həm onlayn, həm də ənənəvi formada keçirilməsi mövcud vəziyyətdə ən uğurlu seçim ola bilər. 
 

 
Onun sözlərinə görə, yeni tədris ilində dərslərin onlayn aparılması təhsilin əlçatanlığında müəyyən çətinlik yarada bilər. Bir çox şagirdin planşeti, telefonu olmadığından və yaxud bir aildə eyni zamanda bir neçə şagird olduğundan, bu resurslar onlar üçün əlçatan deyil. 

Ekspert dərsin bir qisminin onlayn, bir qisminin isə əyani keçirilməsini hazırki şərait üçün kifayət qədər uğurlu hesab edir. Belə ki, texniki resurslardan yararlana bilməyən şagirdlər əyani dərs prosesində də iştirak edə biləcək. 

Teledərslər

Ekspertin verdiyi məlumata əsasən, bu vaxta qədər 1 milyon yarım şagirddən hələ də 600 mini teledərs üçün qeydiyyatdan keçməyib. Qeydiyatdan keçmiş şagirdlərdən isə cəmi 100 min istifadəçi aktivlik göstərə bilir.

Virtual məktəb layihəsindən qeydiyyatdan keçmək, heç də şagirdlərin hamısının buradan istifadə etməsi demək deyil.  
K. Əsədov hesab edir ki, teledərsdə cədvəlin müxtəlif cür qurulması onun izlənmə vaxtına müəyyən təsir edə bilir: "Çünki eyni cədvəl üzrə bütün dərslər eyni vaxtda aparılmır. Məsələn, Azərbaycan dili dərsi birinci siniflər üçün saat 12:00-sa, növbəti gün saat 2-də olur və bu zaman şagirdlər cədvəli itirə bilirlər. Bu zaman da teledərsin izlənmə faizi aşağı düşür”.

Ekspertin sözlərinə görə, aparılan monitorinqə əsasən, ənənəvi dərs mühitində şagird 100 faizlik informasiyanın yarısını mənimsəyə bildiyi halda, teledərsdə bu göstərici 15 faizə qədər enir. 

Ekspert keyfiyyətin aşağı düşməsini teledərslərdə təkrar geriyəqayıdış olmamasında görür.

"Bakı, Sumqayıt, Abşeronda isə ibtidailər üçün əyani dərs 2 gün təyin olunduğundan, bu şagirdlərdə digər zəruri bacarıq və vərdişlərin formalaşmasına mənfi təsir edəcək. İnkişaf mərhələsində olan ibtidailər bədən tərbiyəsi, musiqi, texnologiya kimi fənlərdən yararlana bilməyəcəklər”, - deyə təhsil eksperti bildirir. 

Ekspert hazırda qarşıda duran əsas məsələnin tədris materiallarının asanlaşdırılmasına və yüngülləşdirilməsinə xidmət etməli olduğunu vurğulayır: "Çünki indiki dərslərin informasiya yükü 34 həftə tam 210 gün dərsə getməsinə hesablanıb. Nəzərə alanda ki, bu dərslər həftdə 3 dəfəyə qədər azalıb, ancaq dərs yükü yenə də eyni proqramı əhatə edir”.

Həmçinin ekspert onlayn dərslərin yoxlanılması və ölçülməsi alətləri olmadığından xüsusilə, 10-11-ci sinif şagirdlərinin iştirakının aşağı olacağını düşünür. 

"Bu baxımdan dövlət açıq şəkildə mövqe ortaya qoymalıdır”, - deyə ekspert bildirir.

"Bu sahədə təhlillər aparmaq lazımdır”

Sosioloq Əhməd Qəşəmoğlu hazırki şəraitdən ən çox ucqar, şəraitsiz, internetə çıxışı olmayan yerlərdə yaşayan, eləcə də texniki imkanları zəif olan insanların əziyyət çəkdiyini bildirir: "Elə ailə var məktəbə 2-3 uşaq göndərir, yemək pulunu güclə qazanan valideyn hər uşağa bir planşet alsın, yoxsa gündəlik xərclərini ödəsin? Bu sahədə təhlillər aparmaq olar ki, kimlərin tədris mühitində iştirak etməyə imkanı yoxdur və niyə yoxdur”. 
 

 
Ə.Qəşəmğlu sosial durumu zəif olan ailələrə müxtəlif təşkilatların və fondların yardımını, onların sosial layihələrə cəlb olumasını zəruri hesab edir. Həmçinin elə bir güzəştli skturuktur, imkanlar yaradılmalıdır ki, yaşayış şəraitindən asılı olmadan hər kəs təhsil prosesinə cəlb oluna bilsin: "Problem 1-2 aylıq olsaydı, bəlkə də üstündən keçmək olardı. Bu dövrdə bizim əsas vəzifəmiz virusun və digər gözlənilməyən halların yaşam şəraitimizə olan təsirinə hazırlıqlı olmaqdır. Tarixən bir nəslin yetişməsində dörd mühüm amil rol oynayıb: ailə, məktəb, cəmiyyət və ədəbiyyat. Çox təəssüf ki, bədii ədəbiyyat ortadan çıxdı, ailədə və cəmiyyətdə çox böyük gərginlik var, bir qalır məktəb. İndi bizim yeganə ümidimiz təhsilədir. Ona görə də gələcək üçün təhsil prosesində yaranan hər bir mənfini tezliklə aradan qaldırmalıyıq”.

Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo