Sosial

Parkinson xəstəsi: “O, sanki xəstələri yaşatmağa yox, öldürməyə and içib”

25 Fevral, 2021
2174

Toplum TV

“Parkinson” xəstəliyindən əziyyət çəkən 60 yaşlı Zərdab rayon Çallı kənd sakini Sona Nemətova ikinci qrup əlildir. Son zamanlar səhhəti pisləşdiyindən birinci qrup əlil kimi qeydiyyatdan keçmək istəyir. 

“İndiki halda mən həm yalnız birinci qrup əlillər üçün təyin edilən baxıcı pulundan, həm də bəzi digər güzəştlərdən məhrumam. Təqaüdümü isə az hesablayıblar” – “Toplum TV”-yə danışan xəstə qadın belə söyləyir.

Onun sözlərinə görə, bununla bağlı dəfələrlə Zərdab rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətova müraciət edib, amma baş həkim xəstəliyi ilə bağlı lazımi sənədi verməyib, get-gələ salıb.  

Toplum TV

“Bir neçə gün qabaq yaxın qohumlarımın yardımı sayəsində çox çətinliklə də olsa, xəsətəxanada həkim müayinəsindən keçib rəy almağa çalışdım. Həkim Firuzə xanım məni çox yaxşı qəbul edib dinlədikdən sonra baş həkim Ruslan Nemətovun yanına göndərdi. Baş həkimsə kobud danışdı, necə deyərlər, məni başından elədi”.

Sona Nemətova danışır ki, baş həkim onu hər dəfə bir xəstəxanaya göndərir: “Əvvəlcə mənim Göyçayda müalicə aldığım özəl klinikadan epikriz gətirməli olduğumu bildirdi. Biz həmin həkimlə əlaqə saxladıq, o dedi ki, belə bir sənəd vermək səlahiyyəti yoxdur. Ruslan həkim bu dəfə də mənim Kürdəmir Mərkəzi Xəstəxanasında müalicə alıb ordan sənəd almalı olduğumu dedi və göndəriş yazdı. Mən Çallıdan rayon xəstəxanasına olan yarım saatlıq yolu belə çox çətinliklə gəldiyimi desəm də, o israr etdi. Yaxınlarım mənim üçün təcili yardım maşını ayrılmasını xahiş etsə də,  kobud şəkildə cavab verdi ki, bura necə gəlmisənsə, elə də Kürdəmirə get... ”.

Toplum TV

S.Nemətova növbəti gün qohumlarının yardımı ilə Kürdəmirə yollansa da, xəstəxana bu səlahiyyətin artıq onlardan alındığı bildirilib.

“Əslində, Ruslan həkim bunu  çox yaxşı bilirdi, ancaq o, sanki xəstələri yaşatmağa yox, öldürməyə and içib” – yaşlı qadın belə deyir.

Şikayətçinin sözlərinə görə, vəziyyəti ağırlaşdığı üçün uzun müddətdir ki, ona gəlini baxır.

O, xəstəliyi üçün təyin edilən 260 manatlıq ödənişin həm dolanışıq, həm də xəstəxana xərclərinə kifayət etmədiyini qeyd edir: “Dövlət xəstəliyim üçün bir neçə sakitləşdirici dərmanı pulsuz versə də, əsas dərmanlar və müalicə xərcləri az qala təqaüdün yarısına bərabərdir”.

“Toplum TV”-yə danışan Zərdab rayon Mərkəzi Xəstəxanasının baş həkimi R.Nemətov haqqında səsləndirilən iddiaları təkzib edir: “Biz özəl klinikaya xəstə göndərmirik”. 

Onun sözlərinə görə, Sona Nemətova əlilliklə bağlı müvafiq sənədləri onlara təqdim etməyib, etdiyi halda o məsələyə baxılacaq.

“Hansı sənədlər lazımdır” sualına isə baş həkim “Xəstə özü bilir” deyə cavab verir.

Toplum TV

S.Nemətova həkimin indiyə qədər onlara hansı sənədlərin lazım olduğunu söyləmədiyini bildirir: “Kürdəmir, Göyçay həkimləri vəziyyətimi görüb hərəkət etməməli olduğumu desələr də, Zərdabın baş həkimi  “Sənə nə olub ki” deyir”.

Çarəsiz vəziyyətdə qaldığını deyən S.Nemətova  Zərdab rayon İcra Hakimiyyətinə və digər dövlət rəsmilərinə şikayət  ərizəsi ilə müraciət edib. Xəstə qadın ümidlə ona kömək edilməsini gözləyir. “Həqiqətənmi, bu həkimin əməllərinə düzgün qiymət verib tədbir görə bilən bir qurum, şəxs yoxdur ölkədə?”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo