Sosial

"Patı" satan ana və oğul saxlanıldı

3 Avqust, 2021
967

Rəsmi səhifə

Sabunçu polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ramana qəsəbəsində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni “patı”nın satışı ilə məşğul olan 2 nəfər tutulub.

Bu barədə avqustun 3-də Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib. 

Məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini olan Dövlətəli Xudaverdiyev saxlanılıb. Onun üzərindən 86 qram heroin və 27 qram metamfetamin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində anası ilə birgə Ramana qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Dövlətəli Xudaverdiyevlə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olan anası paytaxt sakini Mahirə Cavadova da tutularaq istintaqa təqdim edilib.

Polis Şöbəsində üzərinə baxış zamanı ondan 605 qram heroin, 3 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. Mahirə Cavadova aşkar edilən narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını və hazır bükümlər şəklində qablaşdıraraq satışını həyata keçirdiyini bildirib.

Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.
 

Sosial

Nazilik "Meymun çiçəyi" virusu barədə məlumat yayıb

20 May 2022

açıq mənbədən götürülüb

Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə münasibət bildirib. Nazirlikdən “Reporta”a deyilib ki, hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir. Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova qeyd edib ki, “Meymun çiçəyi” nadir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir: “Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlara gəlincə, virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflik kimi büruzə verir». İnfeksionistin sözlərinə görə, qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər...
Sosial

Prezident Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayırdı

20 May 2022

Wikipedia

Şuşa Real Məktəbi bərpa ediləcək. “president.az”ın məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Şuşa Real Məktəbinin əsası 19-cu əsrdə qoyulub. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı məktəbi yandırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo