Sosial

Azərbaycan komandası Avropa çempionu olub

22 May, 2023
135

Trend

Bədii gimnastika

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mayın 21-də Avropa çempionatının qalibi olub. 

Toplum TV xəbər verir ki, Bakıda keçirilən  39-cu qitə çempionatında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda üç lent və iki topla yarışın qalibi olub. 

Yarışda İsrail 32,150 xalla ikinci, İspaniya isə üçüncü yerə çıxıb.

https://toplum.tv/siyaset/avropa-cempionati-moskvadan-alinaraq-bakiya-verilib

Çempionatda 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb.

Azərbaycanın gənclərdən ibarət qrup komandası çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət Azərbaycan komandası da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusun qarşısını almaq məqsədiylə tətbiq edilən xüsusi karantin rejiminin müddəti gələn ilin əvvəlinə qədər uzadılıb.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 25-də Nazirlər Kabineti məlumat yayıb.  "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılsın", - açıqlamada bildirilib.  https://toplum.tv/sosial/pquru-serhedler-niye-accedililmir-ndash-elave-qazanc-yoxsa-tehluumlkesizlik-amilip Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır.  Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19-un pandemiya...
Sosial

Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım göndərir

22 Sentyabr 2023

FHN

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni sakinlərə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir. Toplum TV xəbər verir ki, humanitar kampaniya Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunub. https://toplum.tv/siyaset/pbmt-nin-qarabagla-bagli-iclasinda-qetname-qebul-olunmayibp Yardım çərçivəsində içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb. Bildirilib ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Məlumata görə, bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin bölgəyə çatdırılması nəzərdə tutulub. 

Seçilmiş Videolar

Toplum TV loqo