Açıq mənbələrdən götürülüb
Məktəb
"Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür"
Toplum Tv APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 6-da yeni tədris ili bağlı keçirdiyi brifinqdə deyibş
Onun sözlərinə görə, Məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur, amma bu məsələ məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər.
https://toplum.tv/siyaset/pprezident-herbi-xidmete-yararliligin-yoxlanilmasiyla-bagli-ferman-verdip
"Bu tip məsələlər nəzərdən keçirilir. Bəzi məktəblərdə pilot qaydada yoxlanılır və bununla bağlı konkret qaydalar müəyyənləşdirilə bilər. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür", - deyə nazir qeyd edib.
Nazir çıxışında həmçinin müəllimlər üçün sertifikatlaşdırma prosesindən də danışıb
O bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün sertifikatlaşdırmada hansısa güzəşt etmək doğru deyil.
"Biz başa düşməliyik ki, əgər adamın ixtisası məktəbəqədər təhsil deyilsə, deməli, həmin şəxsin faydası da olmayacaq".
Nazir sertifikasiya imtahanından kəsilən 743 müəllimin əmək müqaviləsinə xitam verilməsinə də münasibət bildirib: "Bu gün ümumi təhsil səviyyəsində 700-dən çox müəllimin əmək müqaviləsinə xitam vermək bizim üçün də ağırdır. Amma başqa yol yoxdur".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
FHN