Açıq mənbələrdən götürülüb
Bolt
“Bolt” şirkətinin Azərbaycanda haqsız rəqabət, inhisarçılıq cəhdlərinə görə 113 min manat həcmində cərimə edildiyi bildirilir.
Toplum TV xəbər verir ki, bu barədə "Fed.az" məlumat yayıb.
Bildirilir ki, “189 taksi”yə məxsus olan “Delivery Azerbaijan” MMC çatdırma şirkəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək «Bolt Services AZ» MMC barədə şikayət edib.
https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-ruumlsvetxorluq-artib-hesabatp
Şikayətdə “Bolt Services AZ” MMC qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verdiyi iddia edilib.
Dövlət Xidmətinin aparıdığı araşdırma iddianın doğru olduğunu təsdiqləyib.
Nəticədə Xidmət antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.
"İşə baxılması zamanı məlum olub ki, “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrüfat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərir və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozub", - deyə məlumatda qeyd olunub.
Xidmətdən bildirilib ki, “Bolt Services AZ” MMC-yə 113 min manat maliyyə sanksiyası tətbiq edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06