Sosial

Azərbaycanda Qarabağ Universiteti yaradılır

9 Oktyabr, 2023
563

Açıq mənbələrdən götürülüb

Ağdam

"Qarabağ Universiteti böyük ehtimalla Ağdamda tikiləcək". 

Toplum TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 9-da Tibb Təhsili üzrə Beynəlxalq Konfransda deyib.

Onun sözlərinə görə, hazırda universitetin modeli hazırlanır.

https://toplum.tv/siyaset/pbaki-yerevanla-guumlrcuumlstanda-danisiqlar-aparmaga-hazirdirp

"Biz bu universitetdə də tibb təhsilinin verilməsini istəyirik", - nazir deyib və əlavə edib ki, tibb təhsilinin coğrafiyasının genişləndirilməsi zəruridir:  

"Ənənəvi olaraq tibb sadəcə bir ali təhsil müəssisəsində verilir. Hesab edirəm ki, bu sahədə universitetlər arasında mübadiləni təmin etmək mümkündür. Xüsusən də texnologiya sahəsində bu mübadilə daha məqsədəuyğun olardı. Tibb təhsilinin beynəlxalq təcrübələrə uyğunlaşdırılmasına ehtiyac var və nazirlik bu istiqamətdə təkliflərə açıqdır".

Emin Əmrullayev çıxışında həmçinin qeyd edib ki, Qarabağ Universiteti böyük ehtimalla Ağdamda tikiləcək. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Polis 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı araşdırma aparır

11 Dekabr 2023

Rəsmi səhifə

Kürdəmirdə 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı yayılan xəbərlər araşdırılıb. Toplum TV xəbər verir ki, bu barədə dekabrın 11-də Daxili İşlər Nazirliyindən bildirilib.  Məlumata görə, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. https://toplum.tv/sosial/pbaki-ilahiyyat-kolleci-yaradilibp Araşdırmalar zamanı qızın 14 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynləri isə həmin məclisin nişan mərasimi olduğunu, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər. DİN-dən bildirilib ki, bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə...
Sosial

Soyuqlar düşəcək, qar yağacaq

11 Dekabr 2023

Trend.az

Bakıda və Abşeron yarımadasında dekabrın 12-dən 14-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Toplum TV Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enərək, gecə saatlarında 3-6 dərəcə isti, gündüz saatlarında 6-9 dərəcə isti olacaq. Rayonlarda da dekabrın 11-i axşamdan 14-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Regionlarda da havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək. 

Seçilmiş Videolar

Toplum TV loqo