Sosial

Bakı metrosunda əlil arabaları üçün texnika istifadəyə verilib

29 Noyabr, 2023
223

Açıq mənbələrdən götürülüb

Metro

"Bakı Metropoliteni"ndə “Əlçatan metro” layihəsi çərçivəsində əlil arabası istifadəçilərinin rahatlığına xidmət edəcək daha iki yeni tipli qurğu istifadəyə verilib.

Toplum TV xəbər verir ki, bu barədə noyabrın 29-da qurum məlumat yayıb. 

Bildilir ki, TEMI qurğuları əlil arabalarının eskalatorlarda istifadəsi üçün nəzərdə tutulub.

https://toplum.tv/sosial/pbaki-metrosunda-yenilik-qr-sistemi-tam-tetbiq-olunacaqp

"Sankt-Peterburq metrosunda istismar olunan bu qurğu modernləşdirilərək yenidən hazırlanıb. Sənaye təhlükəsizliyi ekspertizasının müvafiq rəyindən sonra metro eskalatorlarında istifadə üçün təhlükəsiz və uyğun hesab edilib. Qurğu Rusiya Nəqliyyat Nazirliyi tərəfindən dövlət satınalmaları üçün rəsmi tövsiyə olunur və innovativ texnologiyaların siyahısına daxil edilib. Avadanlığın istehsalında hidravlik və elektromexaniki sistemlərdən istifadə olunmayıb. Bu texniki vasitənin Bakı metropolitenində aparılan sınaqlar əsasında ən nəzərə çarpan keyfiyyətləri sırasında təhlükəsizlik və etibarlılığı qeyd oluna bilər.

Sankt-Peterburq metrosunda istismar olunan bu qurğular modernləşdirilərək yenidən hazırlanıb. Sənaye təhlükəsizliyi ekspertizasının müvafiq rəyindən sonra metro eskalatorlarında istifadə üçün təhlükəsiz və uyğun hesab edilib", - məlumatda qeyd olunub. 

Yeni qurğunun gələcəkdə eskalatorlu stansiyalarda daha geniş tətbiqi nəzərdə tutulub.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Narkoloji Mərkəzin vəzifəli şəxsləri həbs edilib

1 Mart 2024

Rəsmi səhifə

“Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.  Bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Narkoloji Mərkəzi”n baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev barəsində cinayət işi açılıb. https://toplum.tv/olke/pherbi-hisselerdeki-menimsemeye-goumlre-mehkeme-baslayirp Vəzifəli şəxslər şübhəli şəxs qismində tutulublar. Onlara Cinayət Məcəlləsinin rüşvət alma maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  Məlumatda o da bildirilib ki, hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.    
Sosial

Xocalıdakı kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  "Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2...

Seçilmiş Videolar

Toplum TV loqo