Sosial

Bakı yollarında sürət həddi endirilir

16 Mart, 2023
279

Açıq mənbələrdən götürülüb

Yol

14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı qərar çıxarılıb. 

Toplum TV xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib. 

Onun sözlərinə görə, qərar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb.

https://toplum.tv/sosial/pxirdalandan-bakiya-xuumlsusi-avtobus-zolagi-ccedilekile-bilerp

Vüsal Kərimli həmçinin qeyd edib ki, Bakıda baş verən yol qəzalarının əsas səbəblərindən biri yüksək sürətdir və əlavə edib ki, sürücülərin sürət hədlərinə riayət edəcəyinə inanır.

Məlumata görə, sürət həddinin endiriləcəyi yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Xankəndinə növbəti dəfə ərzaq və tibbi yardım göndərir

26 Sentyabr 2023
Azərbaycan bu gün, sentyabrın 26-da növbəti humanitar yük və tibbi ləvazimatları Xankəndinə yola salıb. Toplum TV APA-ya istinadən bildirir ki, 4 yük maşınından ibarət humanitar yardıma 40 ton un, gigiyenik vasitələr, yataq dəstləri daxildir.  https://toplum.tv/siyaset/pbaki-xankendideki-partlayisda-yaralananlara-yardim-goumlnderibp Humanitar yardım Xankəndinə Ağdam-Əsgəran-Xankəndi yolu ilə  göndərilir. Bundan əvvəl Azərbaycanın Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar göndərdiyi açıqlanmışdı.   
Sosial

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusun qarşısını almaq məqsədiylə tətbiq edilən xüsusi karantin rejiminin müddəti gələn ilin əvvəlinə qədər uzadılıb.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 25-də Nazirlər Kabineti məlumat yayıb.  "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılsın", - açıqlamada bildirilib.  https://toplum.tv/sosial/pquru-serhedler-niye-accedililmir-ndash-elave-qazanc-yoxsa-tehluumlkesizlik-amilip Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır.  Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19-un pandemiya...

Seçilmiş Videolar

Toplum TV loqo