Trend
Türkiyəyə yardım
Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardımlar Babək prospektindəki "Doğtaş Mebel"də qəbul olunmayacaq.
Toplum Tv xəbər verir ki, bu barədə fevralın 8-də Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, məntəqənin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması üçün dəyişdirilib. Yardımlar artıq Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul olunur.
https://toplum.tv/siyaset/ptuumlrkiyeden-texliye-edilen-azerbaycanlilarin-sayi-accediliqlandip
Xatırlatma
Fevralın 6-da Türkiyədə 7,7 və 7,6 şkalasında baş verən zəlzələ 10 vilayətdə hiss olunub. Zəlzələ nəticəsində ölənlərin sayı 6234-ə, yaralananların sayı isə 37011 nəfərə çatıb.
Zəlzələ ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğan 10 vilayətdə fövqəladə vəziyyət elan edib və onun 3 ay ərzində qüvvədə olacağını açıqlayıb.
Prezident onu da bildirib ki, ölkəsi dünyanın ən böyük təbii fəlakətlərindən biri ilə üz-üzədir.
Fevralın 6-da Türkiyə ilə yanaşı Suriyada da zəlzələ baş verib. Son məlumatlara görə, orada da həlak olanların sayı minlərlədir, həmçinin minlərlə insan yaralanıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06