Sosial

Baş Prokurorluq: İntiharların sayında ciddi artım var

6 Dekabr, 2023
155

Açıq mənbələrdən götürülüb

İntihar

"Hazırda intihar və intihara cəhdlərin sayında ciddi artım qeydə alınır".

Toplum TV "Report"a istinadən xəbər verir ki, bu barədə dekabrın 6-da Baş Prokurorluğun rəsmisi Rafael Süleymanov "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda deyib. 

https://toplum.tv/sosial/pmehkeme-hakiminin-heyatina-qesd-etdiyi-bildirilirp

Onun sözlərinə görə, intihar halları əsasən ailə daxilində baş verdiyindən çox zaman qapalı qalır və yaxın şəxslər bu haqda məlumat vermək istəmirlər:

"Bu səbəbdən belə halların açılması ya natamam qalır, ya da açılmır, hüquq-mühafizə orqanları ciddi problemlərlə qarşılaşır. Odur ki, intihar hallarının üstünün açılmasında ciddi problemlər yaşanır. İntihara cəhd etmiş şəxslə bağlı sonradan psixoloji ekspertiza aparılır ki, o həqiqətən özünü öldürmək istəyib, ya yox?! Təəssüf ki, bu sahədə psixoloji ekspertizalarımız azdır".

Rəsmi həmçinin qeyd edib ki, intihar və intihara cəhd cinayətlərinin başvermə səbəbini araşdıranda onların əsasən erkən və qanunsuz nikahlardan qaynaqlandığı məlum olur: 

"Digər hallar var ki, zərərçəkmiş şəxslər barədə xəstəxanalardan məlumat alırıq. Sanki bu haqda məlumat verməkdə "ictimai qınaq" var. Zərərçəkmiş şəxs sonradan həqiqi olmayan məlumatlar verir və ya barışıq ərizələri təqdim edirlər. Ən problemli hal isə zərərçəkmiş şəxs məhkəmədə istintaqa verdiyi məlumatdan fərqli məlumat təqdim etməsidir. Nəticədə cinayət bağlı qalır".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Narkoloji Mərkəzin vəzifəli şəxsləri həbs edilib

1 Mart 2024

Rəsmi səhifə

“Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.  Bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Narkoloji Mərkəzi”n baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev barəsində cinayət işi açılıb. https://toplum.tv/olke/pherbi-hisselerdeki-menimsemeye-goumlre-mehkeme-baslayirp Vəzifəli şəxslər şübhəli şəxs qismində tutulublar. Onlara Cinayət Məcəlləsinin rüşvət alma maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  Məlumatda o da bildirilib ki, hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.    
Sosial

Xocalıdakı kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  "Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2...

Seçilmiş Videolar

Toplum TV loqo