Sosial

Cavanşir Quliyevin vəziyyəti açıqlanıb

12 Fevral, 2024
194

Açıq mənbələrdən götürülüb

Cavanşir Quliyev

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev əməliyyat olunub.

Toplum TV APA-ya istinadən xəbər verir ki, bəstəkar bu gün Türkiyədə “Acıbadem” xəstəxanasında baş-beyin əməliyyatı (angioqrafiya və stentləmə) keçirib.

Məlumata gör, hazırda onun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, Cavanşir Quliyevin bir neçə gün əvvəl Türkiyədə səfərdə olarkən vəziyyəti pisləşib. Həmin vaxt İstanbulda xəstəxanaya yerləşdirilən bəstəkarın ürəyində ilk olaraq stent əməliyyatı aparılmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Narkoloji Mərkəzin vəzifəli şəxsləri həbs edilib

1 Mart 2024

Rəsmi səhifə

“Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.  Bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Narkoloji Mərkəzi”n baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev barəsində cinayət işi açılıb. https://toplum.tv/olke/pherbi-hisselerdeki-menimsemeye-goumlre-mehkeme-baslayirp Vəzifəli şəxslər şübhəli şəxs qismində tutulublar. Onlara Cinayət Məcəlləsinin rüşvət alma maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  Məlumatda o da bildirilib ki, hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.    
Sosial

Xocalıdakı kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  "Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2...

Seçilmiş Videolar

Toplum TV loqo