Açıq mənbələrdən götürülüb
Canni De Biasi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Biasinin Belçikaya 5-0-lıq məğlubiyyətdən sonra azərbaycanlı jurnalistləri təhqir etdiyi bildirilir.
Toplum TV xəbər verir ki, Belçikanın "Nieuwsblad" nəşri mətbuat konfransında baş verənlər barədə ətraflı yazıb. İtalyanın sözləri sadəcə olaraq azərbaycanlı jurnalistlərə tərcümə olunmayıb.
https://toplum.tv/sosial/pazerbaycan-futbolccedilulari-isveccedile-boumlyuumlk-hesabla-qalib-gelibp
Konfrans zamanı Azərbaycandan bir jurnalist De Biasiyə jurnalistlər üçün darıxacaqmı deyə sual verib. Baş məşqçi bu suala sərt reaksiya verib:
“Əlbəttə, yox, mən hələ ömrümdə azərbaycanlı jurnalistlər kimi səfeh jurnalistlərə rast gəlməmişəm. Heç nə bilmirlər, səfeh suallar verirlər və sadəcə səfehdirlər. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunlarımızı unudurlar. Onlar anlaya bilmirlər ki, FIAT ilə "Ferrari"ni məğlub etmək mümkün deyil. Bu mənim günahım deyil. Bu seçmə kampaniyada biz gözlədiyimizdən də artığına nail olduq”.
"Nieuwsblad" nəşri yazır ki, De Biasi mətbuat konfransını qəzəbli halda tərk edib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid De Biasinin açıqlamalarına reaksiya verib.
"De Biasi-nin jurnalistlərlə bağlı açıqlamaları etik çərçivəyə sığmır və pislənməlidir", - Rəşad Məcid bildirib və əlavə edib ki, o, jurnalistlərdən üzr istəməlidir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb