Sosial

DİN: Qadınlara qeyri-etik təkliflər edən taksi sürücüləri saxlanılıb

Toplum TV
14 Fevral, 2023
288

8 fakt üzrə qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücüləri saxlanılıb.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 14-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, 8 sürücü inzibati məsuliyyətə cəlb edilib.

https://toplum.tv/multimedia/vahid-taksi-xidmeti-monopoliya-yoxsa-tenzimleme

"Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir", - deyə nazirliyin açıqlamasında qeyd olunub. 

Bundan əvvəl ötən ilin noyabr ayında DİN qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücülərinin saxlanıldığı barədə məlumat yaymışdı. 

Qeyd olunurdu ki, 29 sürücü inzibati məsuliyyətə cəlb edilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Nazir: Pandemiya uşaqların təhsilinə ciddi zərər vurub

11 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Pandemiyanın təhsilə vurduğu zərərləri görməyə başlayırıq". Toplum Tv APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də Bakı təhsil işçilərinin sentyabr konfransında deyib. “Bunun təsirlərini məktəblərimiz və cəmiyyət daha dərindən müzakirə etməlidir. Bunu danışmaq və qabartmaqdan qorxmaq lazım deyil”,- nazir açıqlamasında qeyd edib.  https://toplum.tv/sosial/pazerbaycan-mekteblerinde-telefon-qadagan-edile-bilerp Emin Əmrullayev çıxışında hazırkı təhsilin keyfiyyətindən də danışıb.  "Bu gün tədris etdiyimiz məzmunun çox köhnəldiyini etiraf etməliyik", - o qeyd edib.  O bildirib ki, 40 il əvvəlki fizikanı eyni şəkildə keçməməliyik: "Bu yaxınlarda Azərbaycan dili və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir. Dillə bağlı səriştələri öyrətməliyik....
Sosial

“Tərtər işi” ilə bağlı daha 18 nəfər cinayət məsuliyyətinə cəlb edildi

8 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

“Tərtər işi” ilə bağlı yenidən araşdırma zamanı 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.  Onun sözlərinə görə, Baş Prokurorluq tərəfindən hərbi qulluqçuların işgəncələrə məruz qalması ilə bağlı cinayət işləri ilə bağlı istintaq aparılır. O bildirib ki, Baş Prokuror Kamran Əliyev tərəfindən bu işinin istintaqı Baş Prokurorluq İstintaq şöbəsinə həvalə edilib. https://toplum.tv/mehkeme/pldquoterter-isirdquo-baslarina-o-qeder-vurmusdular-ki-tuumlkleri-toumlkuumllmuumlsduumlp İş üzrə yenidən istintaq qrupları yaradılıb, araşdırmalar və dindirilmələr həyata keçirilib: “Araşdırmalar zamanı 4 cinayət işi üzrə 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Hazırda müəyyən faktlarla bağlı araşdırmalar aparılır. Əvvəllər bu iş üzrə...

Seçilmiş Videolar

Toplum TV loqo