Dövlət agentliyi: Məlumatlar texniki səhv nəticəsində sistemə düşüb
Açıq mənbələrdən götürülüb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vətəndaşların tibbi xidmət müayinələri haqqında məlumatlar texniki səhv nəticəsində sistemə düşüb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Toplum TV-nin sorğusuna cavab olaraq belə deyib.
Xatırladaq ki, bir neçə gün öncə Toplum TV-də icbari tibbi sığorta sisteminin elektron kabinetində Sübhan Bəşirli və Sevda Əliyevanın iştirak etmədikləri müayinələrlə bağlı araşdırma materialı yayımlanmışdı.
Agentlikdən verilən məlumatda sözügedən şəxslər haqqında həqiqətən qeydlər olduğu təsdiqlənib. Agentlikdən qeyd edilib ki, sözügedən vətəndaşlarla bağlı məlumatların E-tabib xəstəxana idarəetmə sistemində qeyd olunduğu aşkarlanıb.
“Elektron sistemdə vətəndaş Bəşirli Sübhanın 17.12.2021, 15.01.2022 və 14.04.2022-ci il tarixlərində 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, vətəndaş Əliyeva Sevda Qadir qızının isə 21.04.2022-ci il tarixində Bakı Baş Səhiyyə Mərkəzində tibbi müayinədən keçmələri barədə məlumat əks olunub.
Məlumat üçün bildirək ki, əks olunan məlumatlar müvafiq tibb müəssisələrinin operatorları tərəfindən sistemə daxil edilir.
Məsələnin araşdırılması məqsədilə hər iki tibb müəssisəsinə müraciət zamanı bildirilib ki, vətəndaşların tibbi xidmətlə bağlı müayinələri haqqında məlumatlar texniki səhv olaraq sistemdə qeyd olunub”.
Bildirilib ki, yanlışlığın aradan qaldırılması üçün sözügedən tibb müəssisələri tərəfindən agentliyə rəsmi məktubla müraciət etmələri və müraciət əsasında qurumun məlumatları sistemdən silməsi nəzərdə tutulub.
Sözügedən materialı təqdim edirik: İcbari tibbi sığorta "pripiskası"- ARAŞDIRMA
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərtac
Açıq mənbələrdən götürülüb