Sosial

Dövlətə xəyanətdə suçlanan gəmi kapitanının istintaqı yekunlaşıb

25 Yanvar, 2023
74

Dövlətə xəyanətdə ittiham olunan Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zahir Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 İş hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Zahir Əsgərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edib.

İttihama görə, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Zahir Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilib.

Onun Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkədə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar topladığı bildirilir.

Gəmi kapitanı barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Jurnalist həbs olundu, həmkarı məhkəməyə təşəkkür etdi

Samirə Əli
26 Yanvar 2023
Jurnalist Aydın Canıyev bir ay müddətinə inzibati həbs edilib. Toplum Tv xəbər verir ki, bu barədə elektron məhkəmə sistemində qeyd olunub.  Işə baxan hakim Murad Məmmədov olub. İnzibati xətalar məcəlləsinin 388-1.1.1 (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalar) maddəsi ilə ittiham olunub. Jurnalist Eynulla Fətullayev facebook hesabında iddia edib ki, Aydın Canıyev onun barəsində təhqir işlətdiyi üçün Baş Prokurorluğa müraciət edib: “Hörmətli baş prokurora və məhkəməyə təşəkkür edirəm”, Eynulla Fətullayevin Aydın Caniyevin həbsinə reaksiyası belə olub. Jurnalist Aydın Canın facebook səhifəsində Yasamal məhkəməsinin jurnalistə bir aylıq inzibati həbs verildiyi qeyd olunub. “ Eynulla Fətullayevin Baş...
Sosial

Dövlət Gömrük Komitəsinin 2 əməkdaşı rüşvətə görə saxlanılıb

26 Yanvar 2023
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirdiyi əməliyyat nəticəsində iki nəfər saxlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu haqda Baş Prokurorluqdan Toplum TV-yə verilən məlumatda deyilir.  Saxlanılanlar Şahin İskəndərov və Cavid Məmmədovdur, onlara qarşı Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilib. Bildirilir ki, Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Sözügedən qurumun Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun...

Seçilmiş Videolar

Toplum TV loqo