Sosial

Əhməd Obalı ABŞ-da hücuma məruz qalıb

22 May, 2023
120

Açıq mənbələrdən götürülüb

Əhməd Obalı

Güney Azərbaycan Televiziyasının ("Günaz.tv") rəhbəri, Amerikada mühacir həyatı yaşayan Əhməd Obalı Kaliforniya ştatında hücuma məruz qalıb. 

Toplum TV xəbər verir ki,  İran Azərbaycanından olan Kaliforniya ştatının Santa Klara şəhərində hoteldə bir qrup insanın hücumuna məruz qalıb.  

"Günaz.tv" televiziyasının Bakı ofisinin icraçı direktoru Araz Obalı "Amerikanın Səsi"nə bildirib ki, Əhməd Obalı Azərbaycan Respublikasından Amerikaya qayıtdıqdan bir gün sonra hücuma məruz qalıb:

“Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin hücumuna məruz qalıb. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. Hal-hazırda durumu orta ağırdır”.

https://toplum.tv/siyaset/pguumlc-strukturlari-quotkerimequot-doumlvleti-yaratmaq-isteyen-daha-bir-qrup-muumleyyen-olunubnbspp

Araz Obalının sözlərinə görə, hadisə ilə bağlı araşdırma davam edir:

“Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq onların sayı və kimliyi barədə hələ məlumat vermir. Biz güman edirik ki, bu, terror aktı ola bilər”.

Bununla yanaşı Əhməd Obalının oğlu Dənizin də hücuma məruz qaldığı bildirilir.

“Əhməd bəyin oğlu Dəniz də hücuma məruz qalıb. O da hazırda xəstəxanada müalicə alır. Əhməd bəy oğlunun hansı şəraitdə hücuma məruz qalıdğı barədə məlumatsızdır. Bizim başqa mənbələrdən aldığımız məlumata görə, Dənizin vəziyyəti çox ağırdır. O, anası ilə danışmaq imkanında belə olmayıb”, -deyə Araz Obalı açıqlamasında qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo