Sosial

Penitensiar Xidmət niyə statistik məlumatları açıqlamır? 

Aytac Məmmədli
26 İyul, 2022
1246

Açıq mənbələrdən götürülüb

Penitensiar Xidmət bu ilin ilk altı ayı ərzində neçə nəfərin həbsdən azad olunmasıyla bağlı "Toplum TV"-nin sorğusunu cavablamayıb. Qurumun mətbuat katibi Mehman Sadıqovun dediyinə görə, bu rəqəmlər xidməti istifadə üçün nəzərdə tutulub.  
 
Hüquqşünas Yalçın İmanovun sözlərinə görə isə, Penitensiar Xidmətin statistik məlumatları açıqlamamasının heç bir hüquqi əsası yoxdur.  
 
"Açıq və əldə olunması qanunla məhdudlaşdırılan informasiyalar var. Əldə olunması qanunla məhdudlaşdırılan informasiyalar konfidensial olur. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə kommersiya, istintaq və məhkəmə sirləri, habelə fərdi məlumatlar konfidensial xarakter daşıyır". 

https://toplum.tv/multimedia/azerbaycanda-dustaq-budcesi
 
O ki qaldı informasiyaların daxili istifadə üçün nəzərdə tutulmasına, hüquqşünas deyir ki, "İnformasiya əldə etmək haqqında" qanunun 35-ci maddəsinə görə, informasiya sahibi informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilər. 
 
Bu, hansı halda mümkündür? 
 
"İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsinin əsasları" maddəsinin heç bir bəndində statistik məlumatların ictimaiyyətə açıqlanmasına məhdudiyyət qoyulmur.  (bax: https://e-qanun.az/framework/11142, maddə 35.1
 
Yalçın İmanov da təsdiqləyir ki, həbsdən azad olunanların sayı statistik məlumatdır, açıq informasiya növlərinə aiddir və informasiya sahibi həmin məlumatı açıqlamaq vəzifəsi daşıyır.  
 
Qeyd edək ki, Mehman Sadıqovun söylədiyi qayda heç Penitensiar Xidmətin əsasnaməsində də yer almayıb. (bax: http://www.penitensiar.justice.gov.az/about/1124-azrbaycan-respublikas-dliyy-nazirliyinin-penitensiar-xidmti-haqqnda-s-a-s-n-a-m-.html)


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Deputat: Selektiv abortlar baş alıb gedir  

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

"Selektiv abortlar baş alıb gedir. Bu, qanunla bu qadağandır. Buna riayət etmək lazımdır" Toplum TV "Trend"-ə istinadən məlumat verir ki, bunu noyabrın 29-da Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə müzakirə zamanı deyib. "Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, hamilə vaxtı ən xırda patologiyanı belə aşkara çıxarır. Selektiv abortların qarşısının alınması üçün maarifləndirmə işləri gücləndirilməlidir”, - deyə o əlavə edib. https://toplum.tv/sosial/pazerbaycan-selektiv-aborta-goumlre-duumlnya-birincisi-olaraq-qalirp Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirilir. İclasda səhiyyə nazirinin müavini İlqar Qasımov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli, deputatlar və digər qonaqlar...
Sosial

Dünya Bankı: Azərbaycan su qıtlığı ilə üzləşəcək

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan qlobal miqyasda baş verən dekarbonizasiyanın təsirinə birbaşa məruz qalan ölkədir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister jurnalistlərə açıqlamasında deyib. https://toplum.tv/sosial/azerbaycanda-su-qitligi-ile-uzlesecek-olkeler-sirasindadir Onun sözlərinə görə, Azərbaycan növbəti illərdə həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək:  “Bu xüsusən kənd təsərrüfatında öz təsirini göstərəcək. Qeyd edim ki, iqlim və inkişaf perspektivləri ilə bağlı hazırlanan hesabat həm ölkələrin inkişaf perspektivlərini təhlil edir, həm də iqlim dəyişikliyi nöqteyi-nəzərindən araşdırmalara imkan verir”. Bundan əvvəl məlum olmuşdu ki, 2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında...

Seçilmiş Videolar

Toplum TV loqo