Açıq mənbələrdən götürülüb
Təqaüdçülər
Gələn il bütün pensiyaların sığorta hissəsi 15% artacaq.
Toplum TV xəbər verir ki, bu sözləri noyabrın 22-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev APA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, pensiyaların sığorta hissəsinin artımı orta aylıq əməkhaqqının artımı ilə əlaqədardır.
"Azərbaycanda bu il orta aylıq əməkhaqqı 14,5% artıb. İlin sonuna bu yəqin ki, 15%-ə çatar. Bu hesabla gələn il bütün pensiyaların sığorta hissəsi də 15% artacaq”, - Musa Quliyev bildirib.
https://toplum.tv/iqtisadiyyat/emek-pensiyalarinda-deyisiklik-iqtisadci-qerari-serh-edir
Deputat həmçinin qeyd edib ki, artım bütün ölkə üzrə hər bir pensiyaçıya şamil olunacaq.
O, komitənin Milli Məclisə yaşayış minimumu və ehtiyac meyarının məbləğinin xeyli artırılmasına görə pensiyanın da minimum həddinin artırılması barədə təklif verdiyini söyləyib.
"Çünki yaşayış minimumu və ehtiyac meyarının məbləğində olan artım bunu tələb edir. Hökumətdən də xahiş etdik ki, bu məsələyə baxsın. Ola bilsin ki, pensiyaların minimum məbləğinin də artırılması ilə bağlı qərar olsun. Bu təklifimizə yəqin ki, müsbət cavab olar. Bizim bu təklifimizə hökumətin münasibəti müsbətdir”, - deyə Musa Quliyev qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb