Sosial

Peyvənd olunanların sayı açıqlandı

9 İyun, 2021
58

Sosial Media

İyunun 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 466 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 394, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 5 072 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 624 876-a bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 679 448, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 945 428 nəfərdir.

Sosial

Koronavirus statistikası: Azərbaycan

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 20-də verilən məlumata görə, “COVID-19”dan 1 nəfər vəfat edib. Rəsmi məlumata görə, indiyədək ölkədə ümumilikdə 335 493 nəfərin koronavirus infeksiyasına yoluxub, onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib, aktiv xəstə sayı 981nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 581, ötən müddət ərzində isə ümumilikdə 3 675 862 test aparılıb.
Sosial

Tozlu hava 2 gün davam edə bilər

20 İyun 2021

Sputnik.az

İyunun 20-də səhər saatlarından Bakıda toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, toz dumanı Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olub. Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəciklərinin transsərhəd xarakter daşıdığı deyilir. Xidmət qeyd edir ki, hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
Seçilmiş Videolar