Rəsmi səhifə
Baş prokurorluq
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş Malik Əliyevə və idarənin digər əməkdaşlarına cinayət işi açılıb.
Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 1-də Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.
Malik Əliyev vəzifədə işləyərkən ümumi dəyəri 30 min manat olan dərman vasitələrinin Astara gömrük postundan ölkəyə qanunsuz keçirilməsinə şərait yaratmaqda şübhəli bilinir.
https://toplum.tv/mehkeme/pavropa-mehkemesi-houmlkumeti-65-min-avrodan-artiq-cerimeleyibp
"İlkin sübutlarla Malik Əliyevin rəhbərlik etdiyi struktur qurumun rəis müavini Mehdi Mehrəliyev və gömrük inspektoru Zaman Əbdurəhmanovla qabaqcadan əlbir olaraq 10 min 400 manat məbləğində rüşvət müqabilində sahibkar Ramin Məmmədzadənin 60 min manat dəyərində məhsulları qaçaqmalçılıq yolu ilə, yəni düzgün bəyan etməməklə gömrük sərhədindən keçirməsinə köməklik etməsi təsdiqini tapıb", - məlumatda qeyd olunub.
Malik Əliyev, Mehdi Mehrəliyev və Zaman Əbdurəhmanova Cinayət Məcəlləsinin 32.5, 206.1 (qaçaqmalçılığa köməklik etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda rüşvət alma), Ramin Məmmədzadəyə isə həmin Məcəllənin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham elan edilib.
Malik Əliyev barəsində məhkəmənin qərarilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
FHN