Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May, 2023
187

Açıq mənbələrdən götürülüb

Bakı

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib. 

Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. 

https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1

"Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. 

Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən ayırmaq, hündür ağacların altında gözləməmək, avtomobildə isə hərəkəti dayandıraraq ildırımın bitməsini gözləmək tövsiyyə edilir", - deyə məlumatda qeyd olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Nazir: Pandemiya uşaqların təhsilinə ciddi zərər vurub

11 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Pandemiyanın təhsilə vurduğu zərərləri görməyə başlayırıq". Toplum Tv APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də Bakı təhsil işçilərinin sentyabr konfransında deyib. “Bunun təsirlərini məktəblərimiz və cəmiyyət daha dərindən müzakirə etməlidir. Bunu danışmaq və qabartmaqdan qorxmaq lazım deyil”,- nazir açıqlamasında qeyd edib.  https://toplum.tv/sosial/pazerbaycan-mekteblerinde-telefon-qadagan-edile-bilerp Emin Əmrullayev çıxışında hazırkı təhsilin keyfiyyətindən də danışıb.  "Bu gün tədris etdiyimiz məzmunun çox köhnəldiyini etiraf etməliyik", - o qeyd edib.  O bildirib ki, 40 il əvvəlki fizikanı eyni şəkildə keçməməliyik: "Bu yaxınlarda Azərbaycan dili və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir. Dillə bağlı səriştələri öyrətməliyik....
Sosial

“Tərtər işi” ilə bağlı daha 18 nəfər cinayət məsuliyyətinə cəlb edildi

8 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

“Tərtər işi” ilə bağlı yenidən araşdırma zamanı 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.  Onun sözlərinə görə, Baş Prokurorluq tərəfindən hərbi qulluqçuların işgəncələrə məruz qalması ilə bağlı cinayət işləri ilə bağlı istintaq aparılır. O bildirib ki, Baş Prokuror Kamran Əliyev tərəfindən bu işinin istintaqı Baş Prokurorluq İstintaq şöbəsinə həvalə edilib. https://toplum.tv/mehkeme/pldquoterter-isirdquo-baslarina-o-qeder-vurmusdular-ki-tuumlkleri-toumlkuumllmuumlsduumlp İş üzrə yenidən istintaq qrupları yaradılıb, araşdırmalar və dindirilmələr həyata keçirilib: “Araşdırmalar zamanı 4 cinayət işi üzrə 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Hazırda müəyyən faktlarla bağlı araşdırmalar aparılır. Əvvəllər bu iş üzrə...

Seçilmiş Videolar

Toplum TV loqo