Sosial

İntizam Komissiyası Erkin Qədirlinin açıqlamasını müzakirə edə bilər

Samirə Əli
26 Yanvar, 2023
321

Toplum TV-yə danışan  Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, deputat Elşad Mirbəşir həmkarı Erkin Qədirlinin yanaşmasının ədalətsiz olduğunu bildirib.

“Deputat Erkin Qədirlinin söylədiyi fikirlər qeyri-səmimidir. Əgər şəxs belə düşünürsə, 2020-cii lin mart ayının 5-də Konstitusiya Məhkəməsi seçkilərin nəticəsini təsdiqləyib. O elə həmin zaman çıxıb deyə bilərdi ki, mən bu nəticələrə şübhə ilə yanaşıram və mandatımdan imtina edirəm. Amma üç ildir Milli Məclisin deputatı kimi fəaliyyət göstərəsən, bu mandatı daşıyasan və bu gün çıxıb deyəsən ki, demokratik seçkilər keçirilmir”, -deputat qeyd edib.

E.Mirbəşir əlavə edib ki, 2020-ci ildə parlament seçkiləri şəffaf və demokratiyanın tələblərinə uyğun keçirilib:

“Azərbaycanda seçkilər çox yaxından izlənilib.  2020-ci ildə mən də seçki proseslərinin iştirakçısı olmuşam.  Seçki təbliğat-təşviqat işlərinin başlandığı gündən  son gününədək Göygöl, Daşkəsəni kəndbəkənd, qapı-qapı gəzmişəm, seçicilərimlə görüşlər keçirmişəm. Yaxşı, əgər demokratik seçki yoxdursa, bu qədər işlərə lüzum qalardımı?”

“Milli Məclisin İntizam Komissiyasına Erkin Qədirli ilə bağlı müraciət daxil olarsa, baxıb qərar qəbul edəcəyik".

Bunu "Report"a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.

O, Erkin Qədirlinin yanvarın 25-də verdiyi qalmaqallı açıqlamanın kifayət qədər hiddət doğurduğunu bildirib. Deputatın sözlərinə götə, həmkarı bəhs olunan açıqlamalarla arqumentə, reallığa söykənmədən xalqın etimadını qazanan deputatların seçilməsini, Azərbaycanda gedən demokratik prosesləri şübhə altında qoyub:

Fəzail Ağamalı hesab edir ki, Erkin Qədirli həqiqətən də demokratik yolla deputat seçilməyibsə, ötən üç il ərzində mandatından imtina etməliydi.

“Bununla da özünün indi demiş olduğu fikirlərə uyğun addım atmış olardı. Bu zaman ona kimsə hansısa formada haqq qazandıra bilərdi. Ancaq üç il mandatdan, onun səlahiyyətlərindən istifadə edib, Milli Məclisin plenar və komitə iclaslarında iştirak edib, özünü bu platformadan cəmiyyətə tanıdıb, daha sonra bu gün ölkədə gedən demokratik proseslərə böhtan atmaq heç bir dəyərə, qərəzsiz və səmimi fikirlərə söykənmir. Ona görə də Erkin Qədirlinin bu fikirlərini rədd edir, eyni zamanda dediklərini özümə qarşı böhtan kimi dəyərləndirirəm. Fikrimcə, bəlkə də bütün deputatlarımız mənim bu fikirlərimlə razılaşar ki, ötən seçkilərdə yetərincə çətin bir rəqabət mühiti var idi və o zaman mən xalqın dəstəyi ilə digər namizədlərə qalib gələ bildim",-deyə F.Ağamalı əlavə edib.

Deputat bildirib ki, hazırda araşdırmalar aparılır və ehtiyac olarsa, İntizam Komissiyası Erkin Qədirlinin əməllərini obyektiv və qərəzsiz müzakirə edərək qərar verəcək.

Ötən gün bloqer Mehman Hüseynov deputat Erkin Qədirliyə demişdi: “Mənə bir deputat adını çəkin, həqiqətən o, xalqın səsini qazanıb”. Deputatsa “Bizdə demokratik seçki olsa, əminliklə demək olardı. Amma demokratik seçki yoxdur" deyə açıqlama vermişdi. O, həmçinin söyləmişdi ki, özünün belə demokratik yolla seçildiyini deyə bilməz.

Sözügedən açıqlamadan sonra parlamentin vitse-spikeri Adil Əliyev “ facebook” hesabında Erkin Qədirliyə etiraz etmişdi, onun bu açıqlama ilə Azərbaycan parlamentinə kölgə saldığını söyləmişdi.

“Özünü müxalifətin nümayəndəsi sayan həmin millət vəkili blogerliyə iddia edən “jurnalistin” sualına cavab verə bilmirsə, bu o demək deyil ki, bütün millət vəkillərinə qara yaxmalıdır”.

Adil Əliyev onu parlamentə seçicilərin seçildiyini bildirmişdi.

Sözüm “mən özüm haqqımda deyə bilmərəm ki, demokratik yolla seçilmişəm” deyən millət vəkilinədir: “Demokratik yolla seçilmədiyinizi bildirirsinizsə, nədən Milli Məclisin işində iştirak edirsiniz?”

Başqa deputatlar da Qədirlinin fikirlərini tənqidlə qarşılayıblar. Hazırda Erkin Qədirli ölkədə deyil, "Toplum TV" ondan deyilənlərə münasibət öyrənə bilməyib. O, "TV Müsavat"ın canlı efirində həmkarlarının söylədiklərini normal qarşıladığını deyib:

"Bir deputat bir fikir səsləndirə bilər, başqa deputat da əks, tənqidi fikir söyləyə bilər. Alışın buna”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Stiven Siqalın oğlu Rusiya vətəndaşı oldu

24 Mart 2023
Amerikalı aktyor Stiven Siqal və oğlu Dominik “Beş element” şirkətini Rusiyada qeydiyyatdan keçiriblər.  RBK portalının Hüquqi şəxslərin vahid dövlət reyestrinə istinadən yaydığı xəbərdə belə deyilir. Məlumatlara görə, 33-yaşlı Dominik Siqal da atası kimi Rusiya vətəndaşlığı alıb. Nizamnamə sənədləri “Beş element” şirkətinin uşaqlar üçün içməli su və alqokolsuz içki istehsalı üzrə ixtisaslaşdığını göstərir. Onun hüquqi ünvanı isə Moskvada Matrosskaya Tişina küçəsi göstərilib. Stiven Siqala 2016-cı ildə vətəndaşlığı şəxsən Prezident Vladimir Putin təqdim edib. Kreml bəyan edib ki, Rusiya prezidentinə, Ukraynanın Krımı ilhaq etməsinə açıq dəstək bildirən aktyor “uzun müddət müvafiq xahişlə müraciət edib”. İki il sonra Siqal fərdi sahibkar kimi qeydiyyatdan...
Sosial

Oqtay Əliyev yol qəzasında həyatını itirdi

22 Mart 2023
Əməkdar mədəniyyət işçisi, televizya prodüseri, rejissor Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.  Report xəbər verir ki, O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.  Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, mərhumun həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb. Hadisənin Abşeron rayonu ərazisində baş verdiyi bildirilir. TƏBİB-dən verilən məlumata görə, hadisə zamanı xəsarət alan Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib...

Seçilmiş Videolar

Toplum TV loqo