Sosial

Jurnalist həbs olundu, həmkarı məhkəməyə təşəkkür etdi

Samirə Əli
26 Yanvar, 2023
158

Jurnalist Aydın Canıyev bir ay müddətinə inzibati həbs edilib.

Toplum Tv xəbər verir ki, bu barədə elektron məhkəmə sistemində qeyd olunub. 

Işə baxan hakim Murad Məmmədov olub. İnzibati xətalar məcəlləsinin 388-1.1.1 (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalar) maddəsi ilə ittiham olunub.

Jurnalist Eynulla Fətullayev facebook hesabında iddia edib ki, Aydın Canıyev onun barəsində təhqir işlətdiyi üçün Baş Prokurorluğa müraciət edib:

“Hörmətli baş prokurora və məhkəməyə təşəkkür edirəm”, Eynulla Fətullayevin Aydın Caniyevin həbsinə reaksiyası belə olub.

Jurnalist Aydın Canın facebook səhifəsində Yasamal məhkəməsinin jurnalistə bir aylıq inzibati həbs verildiyi qeyd olunub.

“ Eynulla Fətullayevin Baş prokurorluğa “facebook” statuslarına görə iddia ərizəsi əsasında Aydın Can bir aylıq inzibati həbs olunub. Aydın Can qərara etiraz etməmiş, vəkildən imtina etmişdir”.

Son iki il ərzində Baş prokurorluq İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsi ilə onlarla jurnalist haqqında həbs və ya cərimə cəzası tətbiq edib. Media Hüququ Qrupunun məlumatına görə, təkcə 2022-ci il ərzində bu maddə ilə 20-dən artıq jurnalist cəzalandırılıb. Qrup rəhbəri Xalid Ağalıyev prokurorluğun verdiyi məlumata istinadən həmin il ərzində İXM 388-ci maddə ilə ittiham olunan vətəndaşların ümumi sayının 30-dan artıq olduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Stiven Siqalın oğlu Rusiya vətəndaşı oldu

24 Mart 2023
Amerikalı aktyor Stiven Siqal və oğlu Dominik “Beş element” şirkətini Rusiyada qeydiyyatdan keçiriblər.  RBK portalının Hüquqi şəxslərin vahid dövlət reyestrinə istinadən yaydığı xəbərdə belə deyilir. Məlumatlara görə, 33-yaşlı Dominik Siqal da atası kimi Rusiya vətəndaşlığı alıb. Nizamnamə sənədləri “Beş element” şirkətinin uşaqlar üçün içməli su və alqokolsuz içki istehsalı üzrə ixtisaslaşdığını göstərir. Onun hüquqi ünvanı isə Moskvada Matrosskaya Tişina küçəsi göstərilib. Stiven Siqala 2016-cı ildə vətəndaşlığı şəxsən Prezident Vladimir Putin təqdim edib. Kreml bəyan edib ki, Rusiya prezidentinə, Ukraynanın Krımı ilhaq etməsinə açıq dəstək bildirən aktyor “uzun müddət müvafiq xahişlə müraciət edib”. İki il sonra Siqal fərdi sahibkar kimi qeydiyyatdan...
Sosial

Oqtay Əliyev yol qəzasında həyatını itirdi

22 Mart 2023
Əməkdar mədəniyyət işçisi, televizya prodüseri, rejissor Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.  Report xəbər verir ki, O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.  Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, mərhumun həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb. Hadisənin Abşeron rayonu ərazisində baş verdiyi bildirilir. TƏBİB-dən verilən məlumata görə, hadisə zamanı xəsarət alan Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib...

Seçilmiş Videolar

Toplum TV loqo