Sosial

Jurnalist həbs olundu, həmkarı məhkəməyə təşəkkür etdi

26 Yanvar, 2023
358

Jurnalist Aydın Canıyev bir ay müddətinə inzibati həbs edilib.

Toplum Tv xəbər verir ki, bu barədə elektron məhkəmə sistemində qeyd olunub. 

Işə baxan hakim Murad Məmmədov olub. İnzibati xətalar məcəlləsinin 388-1.1.1 (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalar) maddəsi ilə ittiham olunub.

Jurnalist Eynulla Fətullayev facebook hesabında iddia edib ki, Aydın Canıyev onun barəsində təhqir işlətdiyi üçün Baş Prokurorluğa müraciət edib:

“Hörmətli baş prokurora və məhkəməyə təşəkkür edirəm”, Eynulla Fətullayevin Aydın Caniyevin həbsinə reaksiyası belə olub.

Jurnalist Aydın Canın facebook səhifəsində Yasamal məhkəməsinin jurnalistə bir aylıq inzibati həbs verildiyi qeyd olunub.

“ Eynulla Fətullayevin Baş prokurorluğa “facebook” statuslarına görə iddia ərizəsi əsasında Aydın Can bir aylıq inzibati həbs olunub. Aydın Can qərara etiraz etməmiş, vəkildən imtina etmişdir”.

Son iki il ərzində Baş prokurorluq İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsi ilə onlarla jurnalist haqqında həbs və ya cərimə cəzası tətbiq edib. Media Hüququ Qrupunun məlumatına görə, təkcə 2022-ci il ərzində bu maddə ilə 20-dən artıq jurnalist cəzalandırılıb. Qrup rəhbəri Xalid Ağalıyev prokurorluğun verdiyi məlumata istinadən həmin il ərzində İXM 388-ci maddə ilə ittiham olunan vətəndaşların ümumi sayının 30-dan artıq olduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Su və kanalizasiya probleminin həllinə milyardlarla manat tələb olunur

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

"Su və kanalizasiya problemlərinin həlli üçün 20 milyard manat lazım olduğu açıqlanıb" Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. Onun sözlərinə görə, kanalizasiya layihəsi hazır olmayan yeganə rayon Bərdədir:  “O layihə də Fövqəladə Hallar Nazirliyindən keçməkdədir. Hazırda sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən layihələrin maliyyəti 2,7 milyard manatdan çoxdur. Təkcə Gəncədə layihələrin icrası 550 milyon manat tələb edir. Aran bölgələrində qapalı sistemə keçirilməsi üçün 9 milyard manata yaxın vəsait tələb olunur. Sırf indiki vəziyyəti düzəltmək üçün isə 20 milyard manat vəsait lazımdır. Biz bir şeyi etmək istəyiriksə, birinci maliyyətinə...
Sosial

Erkən nikahla dünyaya gələn uşaqların sayı artıb

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib. 2021-ci illə müqayisədə 361 nəfər artım olub. Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib. Onun sözlərinə görə, ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. Taliyə İbrahimova, həmçinin qeyd edib ki, Ailə Məcəlləsinə əsasən nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib: "Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən 2022-ci ildə 269...

Seçilmiş Videolar

Toplum TV loqo