Açıq mənbələrdən götürülüb
Kəlbəcər
Kəlbəcərə əhalinin köçürülməsi 2024-cü ildən başlanılacaq.
Toplum Tv "Report.az"-a istinadən xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
https://toplum.tv/siyaset/pkelbecerde-veziyyetin-gergin-oldugu-bildirilirp
Onun sözlərinə görə, Kəlbəcər şəhərində tikiləcək evlərə 2024-cü ildə ilk olaraq 5 268 nəfər, ümumi yaşayış məntəqələrinə isə 12 534 nəfər əhalinin köçürülməsi planlaşdırılır.
Tədbirlər Planına əsasən, əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi fəaliyyət istiqaməti üzrə Kəlbəcər rayonunda 2026-cı ilədək 3 450 evin (1 927 fərdi yaşayış evinin və 1 523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur.
"İllər üzrə bölgüyə gəlincə, 2024-cü ildə - 1 115 evin, 2025-ci ildə - 725 evin, 2026-cı ildə - 1 610 evin inşası həyata keçiriləcək", - Komitə rəsmisi bildirib.
Onun sözlərinə görə, bu il Kəlbəcər rayonunda daha 7 yaşayış məntəqəsinin, gələn ildə isə 4 kəndin layihələndirilməsi işlərinin aparılması planlaşdırılır.
Namiq Hümmətov bildirib ki, 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
FHN