Açıq mənbələrdən götürülüb
Laçın şəhəri
Laçında əhalinin gediş-gəlişini yaxşılaşdırmaq üçün yaxın günlərdə ictimai nəqliyyat fəaliyyətə başlayacaq.
Toplum TV xəbər verir ki, bunu noyabrın 13-də AZƏRTAC-a müsahibəsində Bakı Abadlıq Xidməti MMC-nin memarı Elnur Abdullayev bildirib.
Onun sözlərinə görə, şəhərə qazın verilişi təmin olunub, həmçinin kommunikasiya xətləri çəkilib:
“Bu günə kimi Laçına şəhərinə 1204 nəfər olmaqla 315 ailə, Zabux kəndinə isə 94 nəfər olmaqla 21 ailə köçürülüb. Bu ayda da Laçına 75 ailənin köçürülməsi nəzərdə tutulub. Laçın şəhərində köçlə yanaşı prioritet məsələ burada yaşayan sakinlərin işlə təmin edilməsidir. Hazırda Laçın şəhərində fəaliyyət göstərən müəssisələrdə 430-dan artıq sakin işlə təmin olunub. Əhalinin rahat yaşayışının təmin edilməsi üçün görülən işlər çərçivəsində şəhərin kommunikasiya xətləri çəkilib yekunlaşıb, Laçın şəhəri və Zabux kəndinə mavi yanacağın verilişi təmin olunub və 150 evdə birləşmə işləri görülür, yaxın günlərdə isə digər evlərə mavi yanacağın verilişi təmin olunacaq”.
https://toplum.tv/sosial/pqarabaga-boumlyuumlk-qayidis-ne-qeder-seffaf-keccedilirilecekp
E.Abdullayev bildirib ki, Laçın şəhərinin içməli su ilə təminatı üçün işlər başa çatıb və 9 su anbarı, 3 yağış sularının toplanması üçün depo, 1 ədəd isə çirkab suların təmizlənməsi üçün qurğu istifadəyə verilib.
O həmçinin qeyd edib ki, Laçın şəhərində kinoteatr binası istifadəyə verilib.
"Bundan başqa, Laçın şəhəri ərazisində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə hazırlanan ictimai nəqliyyatın təşkili ilə bağlı layihə üzrə marşrut xətləri xəritə üzərində tərtib olunub və yaxın günlərdə Laçında ictimai nəqliyyatın fəaliyyəti gerçəkləşəcək”, - Elnur Abdullayev açıqlamasında bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Trend.az
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?