Sosial

“Qarabağ” Universitetində ödənişli təhsil olmayacaq, tələbələr təqaüd alacaq

8 Fevral, 2024
223

Açıq mənbələrdən götürülüb

“Qarabağ” Universiteti

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Nizamnaməyə əsasən, “Qarabağ” Universiteti publik-hüquqi şəxs kimi Xankəndi şəhərində fəaliyyət göstərəcək.

Toplum TV APA-ya istinadə xəbər verir ki, bunu fevralın 8-də elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Universitetin fəaliyyət istiqamətlərinə gəldikdə, nazir müavini bildirib ki, ali təhsil müəssisəsi yüksək ixtisaslı kadr hazırlığı həyata keçirəcək:

“Bu o deməkdir ki, ali təhsil müəssisəsi ali təhsilin bütün səviyyələri üzrə - bakalavr, magistratura, doktorantura səviyyələri üzrə kadr hazırlığı həyata keçirəcək. Bundan əlavə, elmin müxtəlif sahələri üzrə elmi araşdırmalar, tədqiqatlar aparacaq”.

https://toplum.tv/sosial/pcebrayil-zengilan-ve-qubadlida-3-seher-merkezi-insa-olunacaqp

İdris İsayevin sözlərinə görə, Universitet eyni zamanda, orta ixtisas təhsil pilləsi üzrə tədris həyata keçirə biləcək:

“İlk mərhələdə Universitetdə bakalavr səviyyəsi üzrə tədrisin həyata keçirilməsi nəzərdə tutulub. 2024-2025-ci tədris ilində Universitetdə təxminən 1000 nəfərə yaxın tələbənin təhsil almasını düşünürük. Bunun böyük hissəsi I kurs tələbələri olacaq. Qəbul planında “Qarabağ” Universitetində müxtəlif ixtisaslar üzrə tələbə qəbulu nəzərdə tutulub. Birinci mərhələdə bakalavr səviyyəsində 5 istiqamət 20 ixtisas üzrə tədris təşkil ediləcək. Bunlar pedaqoji, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlər, incəsənət, turizmə aid olan ixtisaslardır. Növbəti mərhələlərdə bu ixtisasların sayı artırılacaq. Təxminən universitetdə 10 istiqamət üzrə ixtisasların olacağını nəzərdə tutmuşuq". 

Nazir müavini həmçinin qeyd edib ki, növbəti mərhələlərdə tələbələrin sayı 10 mindən çox olacaq: 

Tələbələr birinci istiqamətdə dövlət sifarişi əsasında tədris alacaq, yəni bu ali təhsil müəssisəsində ödənişli təhsil olmayacaq. Tələbələr isə təqaüd və digər müvafiq proqramlarla əhatə olunacaqlar. Tələbələrin yataqxanada qalmaq imkanları da mövcud olacaq”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Narkoloji Mərkəzin vəzifəli şəxsləri həbs edilib

1 Mart 2024

Rəsmi səhifə

“Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.  Bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Narkoloji Mərkəzi”n baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev barəsində cinayət işi açılıb. https://toplum.tv/olke/pherbi-hisselerdeki-menimsemeye-goumlre-mehkeme-baslayirp Vəzifəli şəxslər şübhəli şəxs qismində tutulublar. Onlara Cinayət Məcəlləsinin rüşvət alma maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  Məlumatda o da bildirilib ki, hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.    
Sosial

Xocalıdakı kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  "Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2...

Seçilmiş Videolar

Toplum TV loqo