Açıq mənbələrdən götürülüb
Tərtər işi
“Tərtər işi” ilə bağlı yenidən araşdırma zamanı 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.
Onun sözlərinə görə, Baş Prokurorluq tərəfindən hərbi qulluqçuların işgəncələrə məruz qalması ilə bağlı cinayət işləri ilə bağlı istintaq aparılır. O bildirib ki, Baş Prokuror Kamran Əliyev tərəfindən bu işinin istintaqı Baş Prokurorluq İstintaq şöbəsinə həvalə edilib.
İş üzrə yenidən istintaq qrupları yaradılıb, araşdırmalar və dindirilmələr həyata keçirilib:
“Araşdırmalar zamanı 4 cinayət işi üzrə 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Hazırda müəyyən faktlarla bağlı araşdırmalar aparılır. Əvvəllər bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunan 45 nəfər barəsində araşdırma aparılıb və bir çoxu barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib”.
Xatırladaq ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.
Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə ittiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
FHN