Açıq mənbələrdən götürülüb
İmtahan
“İmtahan zalına bıçaq və qumbara keçirməyə cəhd halları olub”
Toplum TV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 17-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, kriminal hadisələri heç vaxt şişirtmək istəməyiblər, çünki hüquq-mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır.
https://toplum.tv/multimedia/p240-manat-teqauumldle-elmi-is-yazanlarp
Məleykə Abbaszadə abituriyentlərə müraciət edərək deyib ki, qaydaları pozmasınlar:
“Kimsə kimdənsə köçürübsə, onun da nəticələri ləğv olunacaq. İmtahana gələrkən əlavə vasitələr gətirməyin. Bununla siz heç nəyə nail ola bilməyəcəksiniz".
Rəsmi imtahanlarda bəzi suallardan edilən narazılıqlara da münasibət bildirib.
Onun sözlərinə görə, bu il imtahanda istifadə olunan Telekinez”lə bağlı mətn daha çox müzakirələrə səbəb olub:
"Həmin mətnin həcmi əvvəlcədən verilən imtahan modelindəki mətnlə, həmçinin daha əvvəl imtahanlarda istifadə olunan mətnlərin həcmi ilə eynidir. Səsləndirilən fikirlərdə mətnin məzmununun da 11-ci sinif şagirdləri üçün çətin olduğu bildirilir. 4-cü sinif Azərbaycan dili metodik vəsaitinə baxın (səh.226, 2015-ci il, e-derslik.edu.az). Görün "Telekinez" haqqında nə qədər məlumat var. Təəssüf ki, insanlar 4-cü sinifdə verilən mövzuların 11-ci sinif şagirdi üçün çətinlik yaratdığını iddia edirlər. Ancaq builki məzunlar 2015-2016-cı tədris ilində həmin dərsi keçiblər və tanış olmalı idilər”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06