Sosial

Məleykə Abbaszadə: “İmtahan zalına qumbara keçirməyə cəhd halları olub”

17 Mart, 2023
408

Açıq mənbələrdən götürülüb

İmtahan

“İmtahan zalına bıçaq və qumbara keçirməyə cəhd halları olub”

Toplum TV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 17-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, kriminal hadisələri heç vaxt şişirtmək istəməyiblər, çünki hüquq-mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır.

https://toplum.tv/multimedia/p240-manat-teqauumldle-elmi-is-yazanlarp

Məleykə Abbaszadə abituriyentlərə müraciət edərək deyib ki, qaydaları pozmasınlar:

“Kimsə kimdənsə köçürübsə, onun da nəticələri ləğv olunacaq. İmtahana gələrkən əlavə vasitələr gətirməyin. Bununla siz heç nəyə nail ola bilməyəcəksiniz".

Rəsmi  imtahanlarda bəzi suallardan edilən narazılıqlara da münasibət bildirib. 

Onun sözlərinə görə, bu il imtahanda istifadə olunan Telekinez”lə bağlı mətn daha çox müzakirələrə səbəb olub:

"Həmin mətnin həcmi əvvəlcədən verilən imtahan modelindəki mətnlə, həmçinin daha əvvəl imtahanlarda istifadə olunan mətnlərin həcmi ilə eynidir. Səsləndirilən fikirlərdə mətnin məzmununun da 11-ci sinif şagirdləri üçün çətin olduğu bildirilir. 4-cü sinif Azərbaycan dili metodik vəsaitinə baxın (səh.226, 2015-ci il, e-derslik.edu.az). Görün "Telekinez" haqqında nə qədər məlumat var. Təəssüf ki, insanlar 4-cü sinifdə verilən mövzuların 11-ci sinif şagirdi üçün çətinlik yaratdığını iddia edirlər. Ancaq builki məzunlar 2015-2016-cı tədris ilində həmin dərsi keçiblər və tanış olmalı idilər”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycanda bələdiyyələrin sayı azaldılır

23 Fevral 2024

Rəsmi səhifə

Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir. Toplum TV “Report”a istinadən xəbər verir ki, bu, “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Bildirilir ki, hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Azərbaycanda 500-ə yaxın bələdiyyə fəaliyyət göstərəcək. Həmçinin layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq. Buna kiçik bələdiyyələrin vergiləri toplaya bilməməsi kimi səbəblər göstərilib. 
Sosial

Məişət zorakılığına görə cəzalar sərtləşdirilir, inzibati həbs tətbiq ediləcək

23 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir, inzibati həbs tətbiq ediləcək. Toplum TV xəbər verir ki, bu, Milli Məclisin fevralın 23-də keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan Məcəlləyə əsasən, bir şəxs tərəfindən digər şəxsin əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. https://toplum.tv/sosial/pmekteblilerin-qeyri-etik-davranislari-qanunvericilikle-cezalandirilacaqp Məişət zəminində psixi zorakılığa və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Layihəyə əsasən, yuxarıda nəzərdə tutulmuş...

Seçilmiş Videolar

Toplum TV loqo