mia.gov.az
Daxili İşlər Nazirliyi
Bakıda qanunsuz narkotik dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən kuryerlər saxlanılıb.
Toplum TV xəbər verir ki, bu barədə fevralın 3-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, onların üzərində şəxsi axtarış aparılan zaman 6 qrama yaxın marixuana aşkar edilib.
https://toplum.tv/sosial/pazerbaycanda-ldquoboltrdquo-113-min-manat-hecminde-cerimelenibp
"İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib.
Onun üzərindən və evindən isə 7 qrama yaxın marixuana aşkar edilib. Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını bildirib. Adı çəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən 5 kiloqramdan artıq marixuana aşkar edilib.
Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib. Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir", - deyə açıqlamada qeyd olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06